Fransa və Almaniya ABŞ sanksiyalarından yan keçmək üsulları arayırlar – KİV

 Fransa və Almaniya Amerika Birləşmiş Ştatlarının (ABŞ) İrana qarşı sanksiyalarından yan keçmək üçün ödəniş kanalları yaratmaq və maliyyə qərarları əldə etmək üzərində işləyirlər. Məmurlara istinadla, bu barədə «Bloomberq» yazıb.
Diskusiyalarda Britaniyanın rəsmi şəxslərinin də iştirak etdiyi bildirilir.
Fransanın maliyyə naziri Bruno le Merin sözlərinə görə, müstəqil ikitərəfli və ya ümumavropa maliyyə kanallarının işə salınması məsələsi müzakirə olunur. Həm də onların yaradılması prosesinə milli mərkəzi bankların da cəlb olunması imkanlarına baxılır.
Tarix: 28-08-2018, 07:49
Xəbəri paylaş





Xəbər lenti