Rayonlarda mal-qara niyə tələf olur?- Baytarlıq nəzarəti gunahi heyvan sahiblərində gördü


Rayonlarda mal-qara niyə tələf olur?- Baytarlıq nəzarəti gunahi heyvan sahiblərində gördü

Rayonlarda aparılan dezinfeksiya işləri zamanı mal-qaranın kütləvi təlafatı ilə bağlı ardıcıl məlumatlar yayılmaqdadır.

Daha böyükmiqyaslı təlafat Astara rayonunda qeydə alınıb. Bir neçə gün əvvəl bu rayondakı  fərdi  təsərrüfatda 100-ə yaxın inək tələf olub. Buna  səbəb gənələrə qarşı dezinfeksiya işlərinin aparılması olub. 

Maraqlıdır ki, fermerlər uzun müddət bu işlə məşğul olduqlarını, amma bu cür kütləvi zəhərlənmə halları ilə ilk dəfə qarşılaşdıqlarını deyirlər. 

Digər tərəfdən isə bir qədər əvvəl Kənd Təsərrüfatl Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən dezinfeksiya işlərinin aparılacağı açıqlanmışdı. Qeyd edək ki, dezinfeksiya işlərinin fermerlərin vəsaiti hesabına   baş tutacağı da açıqlanmışdı.

Bəs, kütləvi mal-qara tələfatına səbəb nədir? Bunlar dövlət xətti ilə baş tutan, yoxsa fərdi qaydada aparılan dezinfeksiya işlərində baş verir? 

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli Cebhe.info-ya açıqlamasında bildirib ki, fərdi qaydada aparılan dezinfeksiya işlərində baytar həkimlərin nəzarətindən istifadə olunmur: “Müxtəlif dərmanların müxtəlif faizləri qatılmalıdır. Elə etmək lazımdır ki, bu dərmanlar heyvanın gənəsinə təsir etsin, özünə yox. Çimizdirmənin hansı formada aparılması, heyvanın başının bağlanması və s. şərtlərə əməl olunmalıdır. Təəssüf ki, bizdə heyvan sahibləri deyirlər ki, biz özümüz hər şeyi bilirik”.

Baytarlıq Xidmətinin sözcüsü bildirir ki, böyük təsərrüfatlar mütləq öz təsərrüfatı üçün baytarlar ayırmalıdırlar.

Tarix: 28-08-2018, 22:38
Xəbəri paylaş





Xəbər lenti