Niderland “Qazprom”un səhmlərinə həbs qoydu


Amsterdam məhkəməsi Rusiyanın “Qazprom” şirkətinə məxsus "Blue Stream Pipeline Company" birgə müəssisənin səhmlərinə həbs qoyub.

Oxu.Az-ın məlumatına görə, bu barədə “Qazprom”un 2018-ci ilin ilk alt ayı əhatə edən hesabatında deyilir.

Qeyd olunur ki, müvafiq məhkəmə qərarı mayın 30-da qəbul olunub. Beləliklə, məhkəmə Ukraynanın “Naftoqaz” şirkətinin tələblərini yerinə yetirib.

“Naftoqaz” “Qazprom”dan 2,5 milyard dollar tələb edir.

Tarix: 30-08-2018, 07:40
Xəbəri paylaş





Xəbər lenti