ABŞ neft bazarını yenidən qızışdırdı - neftimizin qiyməti 80 dollara yaxınlaşdı


Ekspert: “Birjalar şok effektini yaşayırlar”


Dünya bazarında neftin qiymətində ciddi artım baş verib. Bu gün üçün brent markalı neftin qiyməti 77,38 dollara yüksəlib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şabanın dediyinə görə, neftin qiymətindəki bu artım ABŞ Enerji Administrasiyasının açıqlaması ilə bağlıdır: “Dünya birjalarına təsir edən amil yenə də AMERİKA faktorudur. Dünən ABŞ Enerji Administrasiyası ölkənin həftəlik neft ehtiyatlarına dair ənənəvi hesabatını açıqladı. Analitiklərin proqnozları belə idi ki, ehtiyatlar 0,7 milyon barel azalacaq. Ancaq reallıqda bu göstərici 2.6 milyon barel oldu. Təbii ki, belə bir azalma tempi dünya birjalarına təsirsiz ötüşməyə bilməzdi.
Hazırda birjalar bunun şok effektini yaşayırlar”.

Mütəxəssis hesab edir ki, sabah qiymətlərdə korrektə (stabilləşmə) ola bilər və qiymətlər bir qədər enər: “Əgər əlbəttə, İranla bağlı hansısa statistika və ya digər faktorlar bazara təsir etməsə”..(Musavat.com)


Tarix: 30-08-2018, 14:00
Xəbəri paylaş





Xəbər lenti