Lirə, rubl, tengədən sonra... manat? - Ucuzlaşma ölkəni əcnəbilər üçün cazibədar edir - RƏY


Lirə, rubl, tengədən sonra... manat? - Ucuzlaşma ölkəni əcnəbilərə üçün cazibədar edir - RƏY

Son ayda qonşu ölkələrin milli valyutalarının dəyər itirməsi və bunun manatın məzənnəsinə təsir edib etməyəcəyi müzakirə mövzusudur. Təbii ki, qonşu ölkələrin milli valyutalarının ucuzlaşması idxal-ixrac əməliyyatlarında öz təsirini göstərəcəkdir.

Azərbaycanın öz məhsullarını ixrac etdiyi ölkələrin milli valyutalarının dollar qarşısında kəskin ucuzlaşması, ölkədən idxal olunan malları bazarlarda bahalaşdıracaqdır. Bundan əlavə, həmin ölkələrdən ölkəmizə idxal olunacaq mallarda da qiymət ucuzlaşması baş verə bilər.

İqtisadçı-alim Fuad İbrahimov Cebhe.info-ya açıqlamasında hazırda Türkiyə, İran və Rusiyanın milli valyutaları dəyərdən düşdüyünü deyib:

“Qonşu ölkələrin milli valyutasının dəyərdən düşməsinin birbaşa Azərbaycanın iqtisadiyyatına, eləcə də manata təzyiqinin xüsusi çəkisi yoxdur. Ümumiyyətlə, təsirlər mühüm əhəmiyyət kəsb etmir. Həmin ölkələr daxili iqtisadiyyatda gedən ucuzlaşma prosesinin ya müsbət və yaxud da mənfi əmsallarını əldə edirlər. Nəzərə almaq lazımdır ki, sağlam iqtisadiyyatda milli valyutanın ucuzlaşması bir çox hallarda ixrac potensialını artırır, ölkəni cazibədar edir. Hazırda Azərbaycana gələn turistlərin kəskin şəkildə artması, məhz manatın ucuzlaşması fonunda baş verib. Bütün hallarda milli valyutanın ucuzlaşmasının mənfi cəhəti olmur. Əgər iqtisadiyyat sağlamdırsa, valyutanın məzənnəsinin ucuzlaşmadan mənfəət də götürmək olur. Makroiqtisadi səviyyədə vəziyyət qənaət-bəxş olmayanda, yaranmış durum bank sektorunu sıradan çıxardır, işsizlik ordusu yaradır və.s.”

Yeganə Oqtayqızı

Tarix: 6-09-2018, 16:23
Xəbəri paylaş





Xəbər lenti