Rusiya, İran və Türkiyə dollardan imtina edəcəklər


Rusiya, İran və Türkiyə dollardan imtina edəcəklər

"Rusiya və Türkiyə nümayəndələri ilə görüş zamanı ticarət əməliyyatlarında dollar əvəzinə yerli valyutadan istifadə imkanları müzakirə olunub".

Publika.az xəbər verir ki, bu bəyanatla İran Mərkəzi Bankının sədri Əbdülnasir Himməti çıxış edib.

O bildirib ki, görüş zamanı həmçinin dolların "üç ölkə iqtisadiyyatına və ticarətinə təsirinin" aradan qaldırılması məqsədi ilə milli valyutaların qarşılıqlı mübadiləsinin mümkünlüyü də nəzərdən keçirilib:

"Bu istiqamətdə atılacaq növbəti addımlar Rusiya Mərkəzi Bankının sədri ilə Moskvada müzakirə olunacaq".

Tarix: 9-09-2018, 13:34
Xəbəri paylaş





Xəbər lenti