RUSİYA VƏ ÇİNDƏN DOLLARDAN İMTİNAYA DƏSTƏK

 Rusiya prezidenti Vladimir Putin Çin ilə ticarətdə milli valyutalardan istifadə edilməsini dəstəklədiyini bildirərək deyib: “Milli valyutalardan istifadə qlobal bazarda risklərin artması fonunda Çin ilə ticarətdə bank sistemlərində sabitliyi artıracaq”.
Putin Rusiyanın Vladivostok şəhərində keçirilən Şərqi İqtisadi Forum çərçivəsində Çin prezidenti Si Szinpin ilə görüşdükdən sonra keçirilən mətbuat konfransında bu sözləri söyləyib. Putin Rusiya ilə Çin arasındakı ticarətin həcminin ötən il ərzində 30 faiz artaraq 50 milyard dollara çatdığını xatırladıb və deyib: “Bu ilin sonuna qədər ikitərəfli ticarətimizin rekord səviyyəyə - 100 milyard dollara çıxacağına inanırıq”
Hurriyyet.org
Tarix: 11-09-2018, 21:24
Xəbəri paylaş





Xəbər lenti