Dollar dünyada dəyər itirir, manatın taleyi… – Ekspert



Dünya bazarında dolların məzənnəsi aparıcı ölkələrinin valyutalarına nisbətən bu ilin fevralından bəri ən aşağı səviyyəyə düşüb. Səbət valyutalara nisbətən dolların dəyər itirməsi inkişaf etməkdə olan ölkələrin də valyutalarına “müəyyən toxtaqlıq” gətirib.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.

Ekspertin sözlərinə görə, Avropa Birliyinin avronun qlobal bazarda dominatlığının artırılması ilə bağlı çağrışları fonunda bu valyuta da dollara nisbətən möhkəmlənib:

“Dünən 1 avro almaq üçün 1.16-dan az dollar ödəmək lazım idisə, indi bu rəqəm 1.17-ə dəyişib. Azərbaycan Mərkəzi Bankı da bu gün manatı avroya nisbətən ucuzlaşdırıb. Manatın avroya nisbətən rəsmi məzənnəsi dünən 1.9762 idisə bu gün 1 avro almaq üçün 1.9883 ödəmək lazımdır. Bu o deməkdir ki, hər 100 avroda mili valyutamız rəsmi məzənnə ilə 1.21 manat ucuzlaşıb.

Dolların qlobal ucuzlaşması Rusiya rubluna da təsir edib. 2 gün öncə 70 rublluq psixoloji həddi aşan Rusiya pulu bu gün dollara nisbətən 68.4 rubladək möhkəmlənib.

Bununla belə, dolların səbət valyutalara nisbətən mövqeyini yaxın günlərdə bərpa edəcəyi gözlənilir. ABŞ-da avqust ayının inflyasiya göstəriciləri açıqlandıqdan sonra FED-in uçot stavkasını yüksəltməsi ehtimalları artıb. Bu isə yenidən dollara güc verəcək.

Amma Avropa Birliyi avronın qlobal dominatlığı ilə bağlı sistemli iş apararsa o zaman avronun daha da möhkəmlənməsi müşahidə edilə bilər”.


Tarix: 14-09-2018, 16:20
Xəbəri paylaş





Xəbər lenti