Milyarder Rey Dalio: Yaxın iki il ərzində dünyada yeni maliyyə böhranı baş verəcək


"Yaxın iki il ərzində dünyada yeni maliyyə böhranının baş verəcəyini güman etmək olar".

RİA “Novosti” xəbər verir ki, bunu ABŞ-ın “Bridgewater Associates” investisiya şirkətinin təsisçisi, milyarder Rey Dalio “Business İnsider” nəşrinə açıqlamasında bildirib. 

"Hazırkı dövr istər siyasət, istərsə də iqtisadiyyat baxımından ötən əsrin 30-cu illərindəki Böyük Tənəzzül dövrünü çox xatırladır. İqtisadi tənəzzül faiz dərəcələrinin ən aşağı həddə enməsindən sonra baş verir. Bundan sonra mərkəzi banklar aktivləri satın almağa başlayır", - o qeyd edib. 

Tarix: 19-09-2018, 22:53
Xəbəri paylaş





Xəbər lenti