“Putin mənə zəng vuraraq dedi ki...” – Poroşenkodan Avropaya XƏBƏRDARLIQ


“Putin mənə zəng vuraraq dedi ki...” – Poroşenkodan Avropaya XƏBƏRDARLIQ

“Şimal axını-2” qaz kəməri layihəsi Qərbi Avropaya geosiyasi təzyiq alətidir.

Publika.az xəbər verir ki, bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko Almaniyanın “Rheinische Post” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, qaz kəməri layihəsi iqtisadi nöqteyi-nəzərdən xeyir gətirmir və Ukraynanın zəiflədilməsinə yönəlib. Poroşenko həmçinin deyib ki, Almaniya siyasətçiləri arasında qaz kəməri layihəsinin güclü siyasi lobbisi var.


“Siz inandıra bilərəm ki, Putin mənə zəng vurdu və bildirdi ki, növbəti gün kran kəsiləcək. Bu, ən xoş an deyildi,”, - o qeyd edib.

Poroşenko Avropa ölkələrinin liderlərini həmin tələyə düşməməyə çağırıb.

Tarix: 23-09-2018, 08:26
Xəbəri paylaş





Xəbər lenti