Avropa İttifaqından DOLLARA ZƏRBƏ - YENİ PROQRAM HAZIRLANIR

                      Avropa İttifaqı enerji idxalından ittifaq ölkələrində istehsal edilən təyyarələrə qədər müxtəlif satış əməliyyatlarının ABŞ dolları ilə həyata keçirilməsindən narahat olduğu üçün qlobal ticarətdə avronun daha mühüm rol oynaması ilə bağlı işləri sürətləndirməyə hazırlaşır. Dünyada ticarət əməliyyatlarının 90 faizindən artığı dollarla aparılır. Aİ Komissiyasının başçısı Jan Klod Yunker Birləşmiş Ştatların bu faktdan öz maraqları, həm də Avropa İttifaqına təzyiq göstərmək vasitəsi istifadə elədiyini bildirib.
Aİ Komissiyasının başçısı Jan Klod Yunker Avropanın enerji idxalından ittifaq ölkələrində istehsal edilən təyyarələrə qədər müxtəlif satış əməliyyatlarının ABŞ dolları ilə həyata keçirilməsini sərt şəkildə tənqid edib və bu vəziyyəti “anlaşılmazlıq” kimi qiymətləndirib.
Aİ Komissiyasının bu ilin axırına qədər avronun beynəlxalq rolunu gücləndirəcək müxtəlif tədbirlər görməsi və bu sahədə yeni proqramlar həyata keçirməsi gözlənilir.
Mərkəzi Brüsseldə yerləşən müstəqil analitik mərkəz olan “Bruegel”in eksperti Françesko Papadia bildirib: “Qlobal ticarətdə hakim olan pul vahidi dollarla birlikdə avro ikinci yerdə gəlir. Bu baxımdan yanaşdıqda avro dollardan daha az olmaqla yanaşı, iyen, sterlinq və yuandan daha çox istifadə edilir”.
Papadia Avropa Mərkəzi Bankının (ESB) avronun beynəlxalq ticarətdəki rolunu artırmaq üçün müxtəlif işlər gördüyünü bildirib: “Bu səylər nəticəsində illər içərisində avronun beynəlxalq rolunun dəyişdiyini görürük. Lakin avro öz mövqeyini yüksəltsə də, dollar kimi qlobal ticarətdə hakim pul vahidinə çevrilə bilməz”.
Hurriyyet.org
Tarix: 25-09-2018, 20:48
Xəbəri paylaş





Xəbər lenti