İqtisadi azadlıq reytinqi açıqlandı - Azərbaycan iqtisadi azadlıq reytinqində 106-cı yerdə qərarlaşıb


Fikrət Yusifov: “Azərbaycanın bu qədər aşağı yerdə dayanması mümkün deyil”; Fəzail Ağamalı: “Nəticənin qərəzli olduğu göz önündədir”

İqtisadi azadlıq reytinqi açıqlanıb. Novator.az-ın məlumatına görə, Kanadanın Freyzer İnstitutunun 100-dən çox ölkəni təmsil edən tədqiqatçılarla birgə hazırladığı reytinq mərkəzi hökumət qurumlarının say tərkibi, mülkiyyət hüququnun müdafiəsi və məhkəmə azadlığı, pul siyasətinin sərtlik dərəcəsi, xarici ticarət azadlığı, kreditlərin, məşğulluğun və biznesin tənzimlənməsi meyarlarına əsaslanır.

İqtisadi azadlıq reytinqinin ilk onluğunda Gürcüstan da var. Bu ölkə 7-ci sırada qərarlaşıb. Ən azad ölkə Honkonqdur. Onu Sinqapur və Yeni Zelandiya, İsveçrə, İrlandiya, ABŞ təqib edir.

Azərbaycan iqtisadi azadlıq reytinqində 106-cı yerdə qərarlaşıb. Ermənistan 29-cu, Türkiyə 86-cı, Rusiya 87-ci, İran 130-cudur.

Azərbaycanın siyahıda yerləşdiyi mövqe ölkəmizdə ciddi müzakirələrə səbəb olub. Ekspertlər reytinqin ölkəmizə qarşı qərəzli olduğunu bildirirlər. Xüsusilə iqtisadiyyatı bəzi ölkələrdən asılı olan  düşmən Ermənistanın sıralamada Azərbaycandan 77 pillə irəlidə göstərilməsi ciddi etiraz doğurub. İqtisadiyyatı yox dərəcəsində olan və Rusiyanın yardımı ilə ayaqüstə qalan bir dövlətin ilk 30-luqda olması reytinqin obyektivliyinə ciddi şəkildə kölgə salır.

FikrÉt Yusifov ile ilgili görsel sonucu

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov Azərbaycanın bu sırada dayanmasının mümkünsüzlüyündən söz açdı: “Bu, heç şübhəsiz qərəzlidir. Azərbaycanın bu gün adıçəkilən göstəricilərə görə bu qədər aşağı yerdə dayanması mümkün deyil. Necə olur ki, dünyanın ən mötəbər maliyyə institutları Azərbaycanın analoji göstəricilərə görə çox mötəbər bir yerlərdə dayandığını bəyan edirlər, ancaq Kanadanın bir institutu bu göstəriciləri bir başqa formada təqdim edir? Son bir neçə ildə Azərbaycan hökuməti biznes mühitinin münbitləşdirilməsi, onun daha əlçatan və şəffaf olması istiqamətində olduqca mühüm addımlar atıb. Hökumətin bu addımları nə beynəlxalq reytinq agentliklərinin, nə də investorların diqqətindən kənarda qalmayıb. Ötən il Azərbaycan iqtisadiyyatına 15 milyard dollar investisiya yatırılıb ki, bunun da tən yarısı xarici investisiyaların payına düşür. Əgər Azərbaycandakı biznes mühiti Kanadanın Freyzer İnstitutunun bəyan etdiyi bir səviyyədə olsaydı, heç bir xarici investor Azərbaycana bu qədər investisiya qoymazdı və ya bu investisiyaların həcmi Ermənistana keçən il yatırılan xarici investisiyaların həcmindən çox olmazdı. Məlumat üçün deyək ki, ötən il bu işğalçı ölkəyə yatırılan xarici investisiyaların həcmi cəmi 200 milyon ABŞ dollar səviyyəsində olub. Kanadanın Freyzer İnstitutu Azərbaycan iqtisadiyyatına 2017-ci ildə yatırılan 7 milyard dollar xarici sərmayə ilə Ermənistan iqtisadiyyatına həmin ildə yatırılan 200 milyon dolları müqayisə edib biznes mühitinin münbitliyinin hansı ölkədə necə olmasını dəyərləndirsəydi, bu, daha doğru olardı. Biznes mühitə ən yaxşı qiyməti verən xarici sərmayədardır. O da çox yaxşı bilir ki, hansı ölkədə biznes mühiti necədir”.

FÉzail AÄamalı ile ilgili görsel sonucu

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı kifayət qədər sərt danışdı: “Ən azından Ermənistanla müqayisədə bizim çox-çox geridə göstərilməyimiz inandırıcı deyil. Bu baxımdan nəticənin qərəzli olduğu göz önündədir. Buna hansı kriteriyalarla yanaşıblar, hansı meyarlar əsas götürülüb, bunlar mənə bəlli deyil. Sadəcə olaraq, əgər Azərbaycan Cənubi Qafqaz ölkələrində istehsal olunan Ümum Daxili Məhsulun 70%-dən yuxarına malikdirsə, digər tərəfdən, Azərbaycan iqtisadi cəhətdən dünyanın inkişaf etməkdə olan ölkələri içərisində müəyyən kriteriyalara görə üçlükdədirsə, uzun  illərdən bəri ölkəmizin iqtisadi inkişafı dinamik xarakter daşıyırsa, eyni zamanda Azərbaycanın ən müxtəlif sahələrdə iqtisadiyyatının şaxələndirilməsi və inkişafı ardıcıl xarakterlə bərabər həm də ölkə prezidentinin siyasətinin prioritet istiqamətlərindən biridirsə, ölkəmizdə iqtisadi xarakter daşıyan çoxsaylı forumlar keçirilirsə, iqtisadi islahatların aparılması intensiv xarakter daşıyırsa, bu o deməkdir ki, iqtisadi tədqiqatlardan irəli gələn yanaşma kökündən yanlışdır. Azərbaycana qarşı burada qərəzli mövqeyin nümayiş etdirildiyi güzgü kimi aydındır”.

“Yeni Müsavat”

Tarix: 5-10-2018, 10:15
Xəbəri paylaş





Xəbər lenti