Aİ-92-nin bahalaşması yenidən müzakirədə


Ekspert “benzin və dizelin bahalaşması qaçılmazdır” deyir; SOCAR rəsmisi: “Rusiyadan idxal başlanıb”

Məlum olduğu kimi, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu bu ayın 1-dən təmirə dayandırılıb. Təmir prosesinin təxminən bir ay davam edəcəyi nəzərdə tutulur.

SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədovun verdiyi məlumata görə, zavodun bəzi qurğularında istehsal dayandırılmayıb. Belə ki, müəssisədə dizel yanacağı, sürtkü yağları və müəyyən qədər benzin istehsalı davam etdirilir. Təmir işləri zavodun ayrı-ayrı qurğularında müxtəlif müddəti əhatə edəcək. Elə qurğular var ki, orada təmir bir aydan az, eləsi də var ki, çox çəkəcək: “Təmir müddəti ona görə artır ki, zavodda təmirlə yanaşı modernləşdirmə işləri də aparılır. Bu işlər yaxın illərdə zavodda ”Avro-5" standartına uyğun dizel yanacağı və benzinin istehsalını təmin etmək məqsədi daşıyır".

SOCAR zavoddakı təmir işləri ilə əlaqədar artıq Rusiyadan Aİ-92 markalı benzinin idxalına da başlayıb: “Rusiyadan ümumilikdə 30 min tona yaxın Aİ-92 markalı benzinin idxal olunması nəzərdə tutulur. Bundan əlavə, daha 10-15 min ton benzin Türkmənistandan idxal oluna bilər. Rusiyadan 16 tonluq ilk partiya artıq yüklənib, onun 8,7 min tonu Azərbaycana gətirilib”.

Xidmət rəhbərinin sözlərinə görə, hər il BNEZ cari təmir müddəti üçün ehtiyat benzin istehsal edir. Lakin bu il modernləşmə işləri ilə əlaqədar təmir daha çox vaxt aparır: “Məhz buna görə də müvəqqəti olaraq xaricdən benzin idxalına ehtiyac yaranır. Təmir işlərinin əvvəlində daxili tələbat yerli ehtiyatlar hesabına təmin edilir, lakin sonrakı müddətdə xaricdən idxal olunur”.

İ.Əhmədovun sözlərinə görə, noyabrın əvvəlindən etibarən BNEZ-in ayrı-ayrı qurğularında istehsalın tədricən tammiqyaslı bərpası nəzərdə tutulur.

Q.Ä°badoÄlu ile ilgili görsel sonucu

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Q.İbadoğlu bildirir ki, həm Rusiyadan idxal zərurəti, həm də “Avro-5" standartlarına uyğun məhsul istehsalının başlanmasına hazırlıqla bağlı Azərbaycanda Aİ-92 markalı benzinin qiymətində artıma gedilə bilər: ”Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişikliklər edilməsi haqqında qərar qəbul edib. Ölkəyə idxal edilən Aİ-92 markalı benzin 15 faizlik gömrük rüsumundan azad edilib və bu markalı benzin üçün aksiz dərəcəsi 200 manatdan 1 manata endirilib. Hər iki qərar oktyabrın 1-dən qüvvəyə minib və bu ilin son 3 ayında tətbiq olunacaq. Bundan əlavə, Bakı Neft Emalı Zavodunda modernləşmə işləri aparılır ki, ondan sonra burada “Avro-5" standartlarına uyğun məhsullar istehsal olunacaq. Bundan əlavə, ölkədə avbtomobil idxalında ciddi artım var”. İqtisadçı-alimin fikrincə, bütün bunlar yaxın zamanlarda Azərbaycanda benzin və dizel yanacağının qiymətinin artırılacağını göstərir.

Ä°qtisadçı-ekspert PÉrviz HeydÉrov ile ilgili görsel sonucu

İqtisadçı-ekspert Pərviz Heydərov da hesab edir ki, Rusiyadan idxal müddəti davamlı olarsa, benzinin qiyməti artırılacaq: “Neftayırma zavodunda təmir hələ davam edir. Hökumət də Aİ-92 markalı benzini idxal rüsumlarından azad etdi. Demək ki, idxal uzunmüddətli olacaq. Bu gün Azərbaycanda ən ucuz yanacaq Aİ-92 markalı benzin və dizel yanacağıdır. Ölkədə avtomobil benzini istehlakının 90 faizdən yuxarısı Aİ-92 markalı benzinə aiddir. İkinci çox istifadə olunan yanacaq dizeldir. İdxal uzunmüddətli olacaqsa, Azərbaycanda Aİ-92 markalı benzinin qiymətinin artırılması qaçılmazdır. Çünki hətta idxal rüsumu və aksizlərin ləğvi belə idxal olunan məhsulun qiymətinin indiki səviyyədə olmasına imkan verməyəcək. Bildiyiniz kimi, benzin Rusiyadan idxal olunur, orada isə qiymət bizdəkindən yüksəkdir. Onun üstünə daşıma-nəqliyyat, ixrac rüsumlarını da əlavə etdikdə məbləğ daha da artır. Bu şəraitdə ya hökumət idxalçıya - SOCAR-a subsidiya verməlidir, ya da qiymətləri qaldırmalıdır. Düşünürəm ki, indiki şəraitdə ikinci variant daha realdır. Çünki dünya bazarında da neft və neft məhsullarının qiyməti yüksək səviyyədədir”.

Ekspert bildirir ki, daxili tələbat uzun müddətə idxalın ümidinə qalarsa, onda qiymətlər çox artar: “Amma idxal qısamüddətli olacaqsa, artım hər litr üçün 10-15 qəpik arasında dəyişə bilər. Mən qiymət artımının ən uzağı gələn ilin birinci rübündə reallaşacağını gözləyirəm. Amma daha tez də ola bilər”.

P.Heydərovun sözlərinə görə, 2019-cu ilin büdcə zərfindən də görünür ki, hökumət qiymət artımlarına hazırlaşır:“Büdcədən maliyyələşən təşkilatlarda əmək haqqı artımları nəzərdə tutulur. Bundan əlavə, bütün dövlət qurumlarına ayrılan vəsaitlər artırılır. Bütün bunlar göstərir ki, hökumət qiymət artımlarına gedəcək”.

Müsahibimizin fikrincə, dizelin bahalaşması kənd təsərrüfatı istehsalçıları üçün ağırlaşdırıcı fakt olduğu üçün dövlətin onlara verdiyi subsidiyalar artırılacaq: “Bildiyiniz kimi, aqrar istehsalçılara yanacağa görə subsidiya verilir. Artım olacaqsa, bu subsidiyaların da artırılması qaçılmazdır”.(“Yeni Müsavat”)


Tarix: 26-10-2018, 08:54
Xəbəri paylaş





Xəbər lenti