İki ölkədən dollara qarşı nəhəng anlaşma – Çin onu da tərəfinə çəkdi


Çin və Yaponiya maliyyə sabitliyinə nail olmaq və iki ölkə arasındakı ticarət əlaqələrini genişləndirmək üçün nəhəng müqavilə imzalayıblar.

Teleqraf.com xəbər verir ki, müqavilə 25 oktyabr 2021-ci ilədək davam edəcək və bu müddət ərzində ticarət dövriyyəsinin həcmi 200 milyard yuan-3,4 trilyon yapon yeni həcmində olacaq. Bu isə 30 milyard dollar deməkdir.

Yaponiyanın Baş naziri Sindzo Abenin Pekinə etdiyi səfər zamanı imzalanan müqavilə eyni zamanda ticarətdəki dollarlaşmanın qarşısını almaq üçün önəm daşıyır.

İki ölkə dollarla ticarət etdiklıri üçün avqust ayında ciddi itkilərə məruz qalmışdı.

Qlobal ticarətdə dollardan istifadə edən Rusiya, Türkiyə və İran kimi ölkələr də qarşılıqlı anlaşmalarda dolların təsirini azaltmağa çalışırlar.

Rusiya Prezidenti Vladimir Putin verdiyi açıqlamada dolların qlobal ticarət üçün etibarsız və təhlükəli olduğunu bildirmişdi. Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayraq da dolların etibarlılığını itirdiyini vurğulamışdı. Avropa İttifaqı isə qlobal ticarətdə avronun daha önəmli rol oynaması üçün çalışmaları sürətləndirməyə hazırlaşır.

Tarix: 27-10-2018, 16:30
Xəbəri paylaş





Xəbər lenti