Almaniya kanslerinin açıqlaması avronu kəskin ucuzlaşdırıb


Almaniya kansleri Angela Merkelin rəhbərlik etdiyi partiyanın liderliyinə təkrar namizəd olmayacağı barədə açıqlaması qlobal maliyyə bazarında avronun ucuzlaşması ilə nəticələnib.

"Report" türk mətbuatına istinadən xəbər verir ki, USD/EUR nisbəti bu ay ilk dəfə olartaq 1,1369-a düşüb.

Maraqlıdır ki, ABŞ dolları türk lirəsi qarşısında da ucuzlaşıb. TRY/USD nisbəti ötən həftəni 5,62 səviyyyəsində yekunlaşdırıb. Halbuki, Türkiyə Mərkəzi Bankının 25 oktyabr tarixli faiz qərarından sonra qonşu ölkədə 1 dollar 5,65 lirəyə bərabər olub. Qeyd edək ki, bu həftənin sonuna qədər qurumun 2018-ci ilin 4-cü inflyasiya hesabatını açıqlayacağı gözlənilir.

Tarix: 29-10-2018, 20:52
Xəbəri paylaş





Xəbər lenti