Azərbaycanı “Doing Business” reytinqində birinci etmək mümkündür


Bu günlərdə Dünya Bankı ənənəvi olaraq biznes fəaliyyətinin asanlaşdırılması üzrə illik reytinq cədvəlini və hesabatını (Doing Business - 2019) dərc edib.  Əvvəlki illərdən fərqli olaraq reytinq cədvəlində Azərbaycan bu il  nisbətən xeyli yüksək yerdə qərarlaşıb, keçən il ərzində xeyli proqressə nail olub. Əgər keçən il ərzində Azərbaycan Respublikası biznesin asanlaşdırılması indeksi üzrə 190 ölkə içərisində 58-ci yeri tuturdusa, gələn ilə hazırlıq şəraitində vəziyyəti xeyli yaxşılaşdıraraq 25-ci yeri tutmuş, yəni 33 pillə irəli çıxmışdır. 2015-ci illə müqayisədə isə 65 pillə irəliləmişdir.

Cədvəl -1-in məlumatlarına  diqqət yetirək. 

Cədvəl 1. Doing business reyting cədvəlində Azərbaycan Respublikasının tutduğu yer (2005-2019-cu illər arasında)

İllər

20

05

2006

2007

2008

2009

2010

2011

2012

2013

2014

2015

2016

2017

2018

2019

Reyting

100

98

96

97

33

38

69

66

67

70

80

61

65

57

25

 


Ümumiyyətlə, Dünya Bankının “Doing Business” reytinq sisteminin araşdırılması və dərc olunması 2004-cü ildən etibarən başlamışdır. Bu göstərici bazar iqtisadiyyatı şəraitində ölkələrin iqtisadiyyatının bel sütununu təşkil edən  biznesə şərait yaradılması, onun asanlaşdırılması  üzrə mürəkkəb bir mexanizmin ümumiləşdirilmiş vəziyyətini əks etdirir. Reytinq cədvəlində   ölkələrin tutduğu yerlər real olaraq onların iqtisadi inkişaf səviyyəsi ilə korrelyasiya əlaqələrini tam açıqlığı ilə nümayiş etdirir. İndeks yüksəldikcə mütənasib olaraq ölkələrin iqtisadi inkişaf səviyyəsi də yüksəlir. Cədvəl 1-in məlumatlarına  diqqətlə fikir versək görərik ki, son dövrlərdə bu indeksin yüksəlməsi iqtisadi inkişafla mütənasib olaraq eyni meyllə getmişdir. Hətta 2008-ci il böhranının qarşısının alınması zamanı başqa ciddi tədbirlərlə yanaşı, bu indeksin artırılması və həmin indeks üzrə dünya ölkələri arasında Azərbaycanın ciddi tədbirlər görməsi və nəticədə 97-ci yerdən 33-cü yerə qalxması da əsaslı rol oynadı. Bununla bərabər, sonrakı illərdə, xüsusilə 2014 və 2015-ci illərdə ölkənin yenidən 80-ci yerə düşməsi də uyğyn olaraq iqtisadi vəziyyətin gərginləşməsi ilə müşayiət olunmuşdur. Bu illərdə ölkənin iqtisadi potensialı demək olar ki, iki dəfə azalmışdır. Amma builki nailiyyət yenidən iqtisadiyyatın dirçəldilməsinə və uyğun olaraq böhrandan çıxarılmasına nisbi hüquqi-sosial  baza yaradır.  

Ölkə iqtisadiyyatında qarşıya qoyulan məqsəd, strateji hədəf  elmi-texniki tərəqqinin ən son nailiyyətlərinə əsaslanan geniş miqyaslı iqtisadiyyat qurmaq və Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsinə  çatdırmaqdan ibarətdir. Bu nəhəng və çoxsahəli proqramın yerinə yetirilməsi genişmiqyaslı tədbirlərin həyata keçirilməsini tələb edir. 2014-cü ildə ölkəni dərin regional böhrandan çıxarmaq üçün təqdim etdiyim proqramın əsas ana xəttini biznesin asanlaşdırılması, bu reytinq cədvəlində ölkənin tutduğu yeri birinci onluğa salmağı nəzərdə tuturdu. Bunun üçün qanunvericilik aktlarının layihələrinə qədər bütün zəruri sənədləri təqdim etmişdim və mətbuatda da dərc olunmuşdu.  Həmin fərman layihəsində deyilirdi:

1. Kiçik və orta biznesin inkişafı ən mühüm prioritet sahə elan olunsun və   bütün daxili ehtiyatlar onun inkişafı üçün səfərbər edilsin: 

- 2016 -cı il kiçik və orta biznes ili elan olunsun, bu il Dünya Bankının "Doing Buziness" şkalası üzrə Azərbaycan Respublikasının reytinqinin dünya ölkələri içərisində birinci onluğa çatdırılması təmin olunsun. Bu istiqamətdə 2015-ci ildə əmlakların qeydiyyatı üzrə ölkənin reytinqinin birinci onluq ölkələrinin səviyyəsinə çatdırılması və buna nail olan dövlət orqanlarının müsbət təcrübəsi xüsusi qeyd olunsun, bununla bərabər dünya ölkələri üzrə ən son yerləri bölüşən xarici ticarət, tikintinin lisenziyalaşdırılması, inhisarın mövcudluğu indeksləri üzrə məşğul olan dövlət orqanlarının olduqca yarıtmaz işi qeyd olunsun.”

Çox sevindirici haldır ki, ölkədə bu istiqamətə ciddi yanaşılır və daha bir həmlə ilə tam nail olma imkanı əldə edilir.

Biznesin asanlaşdırılması  və bu indeks üzrə ölkənin ballarının yüksəldilməsi, sadəcə, dövlətlərarası yarış deyil, daha böyük və əhəmiyyətli kökü vardır. Böyük və strateji planları yerinə yetirmək, ölkənin inkişafını dünya miqyasında birincilər səviyyəsinə qaldırmaq, möhkəm müdafiə sistemi yaratmaq üçün bütün iqtisadi islahatları və iqtisadi sistemi, o cümlədən və xüsusilə biznes fəaliyyətini asanlaşdırma sistemini dünya birinciləri səviyyəsində qurmaq  zəruridi. Çünki: 

  1. Ölkənin  biznes fəaliyyətinin asanlaşdırılması indeksi üzrə birinci və ya buna yaxın yerlərə çıxarılması bu istiqamətdə hər hansı istehsalat və ya ticarət fəaliyyətinin azad olması, sürətlə genişlənməsi, proseslərin sürətlənməsi deməkdir ki, bu da birbaşa ölkədə iqtisadi artımn yüksəlməsinə gətirib çıxaracaq. Nəticə etibarı ilə bu həm də insanların gəlirlərinin, dövlətin büdcəsinin artırılması, həyat  şəraitinin yaxşılaşdırılması, insana xidmətin keyfiyyətinin yüksəlməsilə nəticələnəcək. Alimlərin hesablamaları  göstərir ki, yalnız bu amil hesabına bir neçə faiz artım əldə etmək olar. 
  2. Ölkənin reytinqinin biznes indeksi üzrə birinci yerə qaldırılması bu istiqamətdə inhisarın aradan qaldırılmasına və rəqabət mühitinin sağlamlaşdırılmasına gətirib çıxarmalıdır.  İnhisar bir çox iş adamının biznes fəaliyyətinə girməyə imkan vermir, bu o deməkdir ki, potensial insan rezervlərinin istifadəsinə imkan yaratmır, hər kəs gücünü sınamağa girə bilmədiyində isə normal rəqabət sistemi qurula bilmir. Rəqabət olmayanda nə kəmiyyət və nə də keyfiyyət istənilən səviyyədə olmayacaq. 
  3. Bu eyni zamanda gənc Azərbaycanın dünyaya tanıdılması üçün heç bir məsrəf tələb etməyən bir vasitədir. Hər bir dövlət  yaxşı mənada onları dünyaya tanıtmaq üçün böyük vəsait xərcləyir. Amma elə vasitələr də var ki, heç bir maliyyə tələb etmədən və özəl olaraq xüsusi fayda verə bilir, həm də tanıtım üçün çox yaxşı vasitə kimi çıxış edir. Ölkə “Doing Business” indeksinə görə birinci yerə çıxan kimi dünyanın  bütün başlıca mətbuat orqanları Azərbaycandan yazacaq, bu isə ölkəyə investisiya axınının təmin olmasına, turist səyahətlərinin genişləndirilməsinə, həmçinin təhsil, elm xidmətlərinə tələbatın artmasına çox kömək edəcək.   

Ölkənin biznes fəaliyyətinin asanlaşdırılması indeksi üzrə birinci yerə çıxarılması, əlbəttə, asan məsələ deyil. Lakin hökümətin bu istiqamətdə fəaliyyətini,

belə islahatlara ciddi yanaşmasını və son hesabatın nəticələrini nəzərə alsaq görərik ki, bu vəzifənin öhdəsindən qısa zaman ərzində gəlmək olar.

Cədvəl 2. Dünya bankının Doing Business (biznesin asanlaşdırılması) reytingi üzrə ölkələrin tutduğu yer (190 ölkə)

N

İndeks göstəricilərinin adları

Azərbaycanın tutduğu yer- 2019 (2018)

Birinci yeri tutan ölkələr

2019

1

Biznesin asanlaşdırılması üzrə ümumi indeks

25 (57)

Y. Zelandiya

2

Bisnesə start verilməsi

9 (18)

Y.Zelandiya

2

Tikintiyə icazə alınması

61 (161)

Honkonq

4

Elektrikə qoşulma

74 (102)

BƏƏ

5

Əmlakların qeydiyyatı

17 (21)

Y.Zelandiya

6

Kredit alınması

22 (122)

Y.Zelandiya

7

Azlıq investorların  qorunması

2 (10)

Qazaxıstan

8

Vergi ödənməsi

28 (35)

Honkonq

9

Xarici ticarət

84 (83)

AB-Danimarka

10

Müqavilələrin yerinə yetirilməsinin təmin olunması

40 (38)

Sinqapur

11

Ödəmə problemlərinin həlli

45 (47)

Yaponiya

 

 

 

 

Ümumiyyətlə, bu  reytinq cədvəli bir inkarolunmaz qanunauyğunluğu tam özündə əks etdirir. Belə ki, biznesin asanlaşdırılması indeksi yüksəldikcə buna uyğun olaraq iqtisadi inkişaf səviyyəsi dəyişir. İndekslə iqtisadi inkişaf səviyyəsi düz mütənasib asılılıqla dəyişir. İlk yerləri tutan ölkələr ən inkişaf edən və ya sürətli və stabil inkişaf  yolu seçən ölkələrdi (Yeni Zelandiya, Sinqapur, Danimarka, Honkonq, Cənubi Koreya, ABŞ, Böyük Britaniya və s). Son yeri tutanlar isə tam əksinə, iqtisadi inkişaf üzrə ən geridə qalan ölkələrdi (Somali, Eriteriya, Venesuela, Cənubi Sudan, Liviya, Əfqanıstan və b.). 

Prezidentin proqramına uyğun olaraq Azərbaycanın çox yüksək sürətlə inkişafına nail olmaq və gələcəkdə inkişaf etmiş ölkələr səviyyəsinə qaldırmaq üçün başqa islahat sahələrində  olduğu kimi  bu istiqamətdə də ölkənin yerini birincilər sırasına çatdırmaq zəruridi. Bu məqsədlə birincilər sırasında olan ölkələrin təcrübəsindən yararlanmaq zəruridi.Ümumi indeksə görə birinci yerləri uzun müddətdir ki, Yeni Zelandiya, Sinqapur, Honkonq və s ölkələr tutur. Amma ümumi indeks müxtəlif sahələr üzrə asanlaşma indekslərindən törəmə olduğuna görə eyni ölkədə bütün indekslər üzrə birincilər sırasında deyil. Sahə indeksləri üzrə birincilik müxtəlif ölkələrdədi, yəni o sahə indeksi həmin ölkədə ən mükəmməl formada qurulmuşdur. Məsələn, ümumi indeks üzrə birinci yerdə Yeni Zelandiya tutursa, xarici ticarət  və tikintiyə icazə alınması üzrə Honkonq, Danimarka və digər AB ölkələri,  vergiləndirmə və  elektrikə qoşulma üzrə Honkonq və BƏƏ, investorların qorunması üzrə Qazaxıstan birinci yerdədir. Daha ağır vəziyyət xarici ticarət və elektrikə qoşulmada (elektrik sahəsində bərbad vəziyyət bütöv iqtisadiyyatı çökdürür) özünü göstərir. 

Sahələr üzrə qanunvericilik aktlarının və təlimatların dəyişdirilməsi zamanı həmin sahələr üzrə ən mükəmməl təcrübənin əsas götürülməsi məqsədəuyğundur və ən qısa vaxtda səmərə verə bilər. Ümumi indeks üzrə birinci yerdə duran Yeni Zelandiya təcrübəsi müəssisələrin qeydiyyatı, əmlakların  qeydiyyatı və kreditlərin alınması  (bu sahələr üzrə də birinci yeri tutur) üzrə çox faydalıdır. Buna görə də Azərbaycanda bu işlərin təşkili zamanı Y. Zelandiya təcrübəsinə əsaslanaraq təlimatlərın dəyişdirilməsi zəruridi. Kredit alınması sahəsindəki təcrübə bizim ölkəmiz üçün çox faydalıdı, çünki Azərbaycan şəraitində bu sahədə   ciddi problemlər var idi, lakin görülən tədbirlər nəticəsində bu sahədə Azərbaycan ümumi indeks üzrə 22-ci yerdədi (keçən il 122-ci yer).

Bundan daha pis vəziyyətdə olan və islahatlar proqramına ciddi mane olan sahə tikintiyə icazə sahəsidi (bu indeks üzrə Azərbaycan 190 ölkə içərisində keçən ilki 161-ci yerdən bu il 61-ci yerə çatmışdır).  İnşaata icazə belə kimi bürokratik  vəziyyət heç bir məntiqə sığmaması ilə bərabər, tikintinin sürətinə, keyfiyyətinə və həcminə mənfi təsir göstərir. İnşaata icazə alınması üzrə dünya birincisi və ən mükəmməl nümunə Honkonqdu. Honkonqda inşaata icazə alınması üçün cəmi  11 proseduradan keçmək lazımdı (Azərbaycan-18), buna sərf olunan vaxt Honkonqda  72 gündürsə, Azərbaycanda 116 gün, yəni iki dəfəyə yaxın çox vaxt lazımdır. İcazə məsrəfləri Honkonqda layihənin 0,6  faizini təşkil edirsə Azərbaycanda 1,9  faiz-dən aşağı düşmür. 

Tikintiyə icazə alınmasını ləngidən əsas amillərdən biri də elektrikə qoşulma indeksinin xeyli aşağı olmasıdır. Bu indeks üzrə Azərbaycan orta səviyyədən xeyli aşağıdadır. Azərbaycanda yalnız elektrikə qoşulmaq üçün iş adamları 7 prosedura 41 gün vaxt sərf edir, xərclər çox böyükdür, halbuki dünyada bu indeks üzrə birinci yerdə duran BƏƏ səviyyəsinə (2 prosedura cəmi 10 gün vaxt sərf edir) çatdıra bilsək (bu da qətiyyən   çətin iş deyil )  31 gün iş adamlarının işini sürətləndirə bilərdik.

Digər bir sahə, daha çox ölkənin inkişafına təsir edə bilən xarici ticarət sahəsini götürsək görərik ki, belə çətinə düşmüş sahə indeksi üzrə də Azərbaycanın dünya miqyasında birinci yerə çıxarılması elə də ağır iş deyil. İxrac və idxal əməliyyatlarının asanlaşdırılması üzrə prezident bir neçə fərman imzalamış, dəfələrlə müşavirələr təşkil etmiş, müzakirələr aparmış və göstərişlər vermişdir. Lakin hələ də bu indeks üzrə ölkəmiz xeyli aşağı indeksli  ölkələr sırasındadı (84-cü yer, keçən il bir pillə zəifləmişdi). Ölkənin reytinq cədvəlindəki yerinin aşağı olmasına sənədləşmədəki bürokratik əngəllər, lazımsız sənəd tələbi (ixracat üçün 7 sənəd tələb olunursa, Danimarkada cəmi 4 sənəd yetərli sayılır), gömrük və sərhəd xidmətində nəzarətə xeyli artıq vaxt sərf olunması kimi amillər səbəb olur ki, bunların da aradan qaldırılması həm çox vacibdir və həm də ağır  iş deyil. 

Analoji vəziyyət digər sahələr üzrə də eyni qaydada cərəyan edir  və bu minvalla həmin sahələrdə də  ciddi islahatlar aparıb ölkəni dünya reytinq cədvəlində birinci sıraya qaldırmaq mümkündü. Ölkənin  qarşısında duran strateji vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün ilk növbədə bu vacib əhəmiyyətə malik tədbirlərin həyata keçirilməsi çox zəruridir və bunu artıq məsrəf etmədən prezidentin bir fərmanı ilə iki ay ərzində yerinə yetirmək mümkündür.

 Professor Saleh Məmmədov

Tarix: 1-11-2018, 16:39
Xəbəri paylaş





Xəbər lenti