Satıcılar bahalaşma ANONSU verdi


Satıcılar bahalaşma ANONSU verdi

Xəbər verdiyimiz kimi, Azərbaycan hökuməti 2019-cu ildə tütün məmulatlarının idxalına tətbiq edilən aksiz dərəcələrini artırmağı planlaşdırır. 2019-cu ilin büdcə materiallarına əsasən idxal olunan tütün məmulatlarına tətbiq edilən aksiz dərəcələri üzrə dövlət büdcəsinə daxilolmalar 248,658 mln. manat (2018-ci ildə 90 mln. manat) məbləğində nəzərdə tutulub, yəni daxilolmaların 2,7 dəfə artacağı proqnozlaşdırılır. 

Cebhe.info məlumat verir ki, iqtisadçıların fikrincə, aksiz vergiləri artırılarsa, bu, istehlak bazarında qiymət artımına gətirib çıxaracaq. Belə ki, Azərbaycan ölkə tütününə olan tələbatların əhəmiyyətli hissəsini məhz idxal hesabına ödəyir. Buna görə də idxala tətbiq edilən aksiz vergiləri artıralacağı təqdirdə siqaretlərin qiymətləri yenidən bahalaşacaq. Xatırladaq ki, ilin əvvəlində siqar idxalı üzrə aksiz dərəcələri ikiqat (1000 ədəd üçün 10-dan 20 manat) artırılmışdı. 

Siqaretin pərakəndə satışı ilə məşğul olanlar da bahalaşmanın qaçılmaz olacağını bildirir. Cebhe.info-nun sorğusuna cavab verən satıcılar aksiz vergisi artırılacağı halda bahalaşmanın gözlənildiyini vurğulayıb.

Siqaretin insan sağlamlığına ziyan olmasına baxmayaraq, ölkə əhalisinin çoxu bu zərərli vərdişdən imtina edə bilmir. Bu bahalaşma baş tutarsa, həmin şəxslərin xərcləri artacaq. 

Tarix: 2-11-2018, 19:54
Xəbəri paylaş





Xəbər lenti