“Etiraf etmək lazımdır ki, Azərbaycan universitetlərində ödənişsiz təhsil alanların sayında azalma var. Bu azalmaların qarşısının alınması üçün dövlət büdcəsindən 2019-ci ildə əlavə vəsaitlərin ayrılması nəzərdə tutulur”.
Bunu Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə komitələrinin birgə iclasında çıxış edən maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, həmin əlavə vəsait 2019-2020-ci ildə ali təhsil müəssisələrinə qəbul olunanlara şamil olunacaq:
S.Şərifov əlavə edib ki, dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatların təşkilati-hüquqi forması dəyişdirilib və onlar publik hüquqi şəxslər olublar: “Ancaq bu, həmin təşkilatların dövlət büdcəsindən asılılığını aradan qaldırmayıb. Yalnız bir necə təşkilat müstəqil gəlir imkanlarına malikdirlər, yaxud da onların həmin gəlir imkanları saxlanma xərclərinin çox cüzi hissəsini təmin edir. Ona görə də verdiyimiz təqdimatda göstərilib ki, həmin publik hüquqi şəxslərin fəaliyyətini təmin etmək üçün dövlət büdcəsindən 396 milyon manat vəsait ayrılsın”.
Trend