Deputat bahalaşmaya etiraz etdi:"Sahibkarlar qiyməti süni olaraq qaldırırlar”


“Son vaxtlar ərzaq məhsullarının bahalaşması əsassızdır”.

Bu barədə Turan-ın müxbiri ilə söhbətində Parlamentin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirib.

O, Azərbaycanın ticari tərəfdaşı olan ölkələrdə milli valyutaların kəskin şəkildə ucuzlaşmasına diqqət çəkib, buna görə oradan idxal olunan mallar bahalaşmamalıdır.

Əhmədov hesab edir ki, qiymətlər ayrı-ayrı sahibkarların spekulyativ, qeyri-formal sövdələşmələri nəticəsində süni olaraq qaldırılır.

Bununla belə, toyuq əti və yumurta qiymətlərinin artmasına şərait yaradan səbəblər arasında Nazirlər Kabinetinin hər 1000 toyuq və yumurta üçün 100 manat ölçüsündə əlavə rüsum tətbiq edilməsi haqqında qərarı var.

Deputat bildirib ki, Rəqabət haqqında məcəllənin olmaması da qiymətlərə təsir edir. Prezident İlham Əliyevin təsdiq etdiyi iqtisadi islahatların “yol xəritəsində” bu məcəllənin qəbulu nəzərdə tutulur: “Ümumilikdə, qiymətlər atmamalıdır, belə ki, vergilər artırılmayıb, əksinə, gələcəkdə onlar azaldılacaq. Bu zaman Rusiya, İran və Türkiyənin milli valyutalarının devalvasiyası ilə əlaqədar idxal ucuzlaşır”.

Tarix: 11-11-2018, 14:15
Xəbəri paylaş





Xəbər lenti