3 liderin riskli neft sövdələşməsi: NƏ VƏD EDİR?


3 liderin riskli neft sövdələşməsi: NƏ VƏD EDİR?

Ötən gün Bloomberg dünyada neftin qiymətini müəyyənləşdirən 3 şəxsin olduğunu bildirib. Bloomberg-in yaydığı məlumatda qeyd olunur ki, Səudiyyə şahzadəsi, ABŞ və Rusiya prezidentləri dünyada neftin qiymətini təyin edirlər. Məlumata görə, hazırda Rusiya, ABŞ və Səudiyyə Ərəbistanı 15 OPEK ölkəsinin istehsal etdiyi neftin cəmindən çox neft istehsal edir. 

Bəs görəsən, bu 3 nəfər bazardakı vəziyyətlə baglı nə razılığa gələ bilər? 

Məsələyə münasibətində ekspert Zaur İbrahimli Cebhe.info-ya bildirib ki, son illər neftin qiymətinin bazar iqtisadiyyatı qanunauyğunluqları ilə deyil, daha çox siyasi amillərlə müəyyənləşdiyi aşkar müşahidə edilir. Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, neft ticarəti artıq çoxdan növbəti geosiyasi amilə çevrilib:

“Eyni zamanda neftlə təchizat, neftin nəql edildiyi boru kəmərləri, tranziti, daşınma marşrutları və vasitələri milli təhlükəsizlik kontekstində dəyərləndirilir. Neftlə ticarət də geosiyasi faktora çevrilib, neftin qiyməti ilə manipulyasiya, hətta aparıcı ölkələr olan Rusiya və Çinə belə təsir göstərməyə imkan verir. Başqa bir məsələ isə neft ticarətinin obrazlı ifadə etsək, qlobal miqyasda gəlirlərin bölüşdürülməsi mexanizmi kimi çıxış etməsidir. 2014-cü ilin sonlarından başlayaraq 2015-ci il ərzində neftin qiyməti kəskin aşağı düşəndə, buna ilk etiraz edən qlobal ABŞ şirkətləri oldu. Onlar bəyan etdi ki, məhsullarına təlabat çox azalıb. Xammal ixrac edən ölkələrin gəlirlərinin azalması qlobal istehlaka çox ağır zərbə vurdu. Almaniya, Yaponiya avtomobil şirkətləri də ziyan gördü. Bu baxımdan, neftin qiymətinin çox yüksək olması ilə yanaşı, aşağı olması da qlobal risklər yaradır. Məhz bu səbəbdən neftin qiymətində kəsin dinamika heç kimə faydalı deyil. Ola bilsin ki, konkret geosiyası məqsədlər üçün neftin qiyməti süni amillərlə aşağı salınsın. Amma bu, çox qısa zaman kəsiyində mümkündür. Əks halda bu, bumeranq effekti yaradacaq. Buna görə, güman etmək olar ki, bu məsələlərdə söz sahibi olan güclər çox risk etməkdən çəkinəcəklər". 


Tarix: 20-11-2018, 21:18
Xəbəri paylaş





Xəbər lenti