Neft bazarında ucuzlaşma yaradacaq xəbər:KRALLIQDAN GƏLDİ


Neft bazarında ucuzlaşma yaradacaq xəbər:KRALLIQDAN GƏLDİ

Dünya bazarında neftin qiymətinun ucuzlaşması fonunda Səudiyyə Ərəbistanı daha da ucuzlaşma yaradacaq rəqəmlər açıqlayıb. Cebhe.info xarici KİV-ə istinadən bildirir ki, krallıq sutka ərzində 11,2 milyon barel neft hasil edib.

“Bloomberg” vəziyyətlə tanış olan mənbəyə istinadən bildirir ki, bu, ölkə tarixində son zamanların ən rekord göstəricisidir. Ümumilikdə isə Səudiyyə Ərəbistanı son bir neçə gündə öz tarixi maksimumunu yeniləyib.

Oktyabrda bu rəqəm 10,8 milyon barel olmuşdu.

Hasilatın artmasna səbəb İrana tətbiq edilən sankiyalarla bağlı bu ölkənin "qara qızılı"na artan tələbatdır. Krallıq həmçinin öz xarici ehtiyatlarındakı neftdən də istifadə edir.

Xatırladaq ki, ölkənin neft naziri Xalid əl-Faleh dekabrda hasilatın azaldılacağını bildirib. Nazir bunu həmin ay üçün tələbin azlığı ilə əlaqələndirib.

Ekspertlər son hasilat göstəricilərinin neft bazarında daha da ucuzlaşma yaradacağını düşünür.

Tarix: 26-11-2018, 14:10
Xəbəri paylaş





Xəbər lenti