Dollarda bahalaşma tendensiyası: “Manata təhlükə yoxdur” - İqtisadçı


Dollarda bahalaşma tendensiyası: “Manata təhlükə yoxdur” - İqtisadçı

Dünyada dollara tələb güclüdür. 

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşma müşahidə edilir və bahalaşmanın son iki ilin maksimum səviyyələrinə kimi davam edəcəyi proqnozlaşdırılır. 

Maraqlıdır, Azərbaycanda dollar manatla məzənnədə bahalaşacaqmı? 

İqtisadçı-ekspert Fuad İbrahimov Cebhe.info-ya açıqlamasında deyib ki, hazırda manatın ucuzlaşması ilə bağlı hər hansı təhlükə yoxdur: 

“Milli valyutaların məzənnəsini şərtləndirən amillər var. İqtisadiyyatımızda manatla bağlı siyasətimiz formalaşıb. Bu, daha çox idarə olunan bir məzənnə siyasəti həyata keçirir. Bu nöqteyi-nəzərdən bu günkü mövcud vəziyyət, yəni milli valyutanın məzənnəsini şərtləndirə biləcək amilləri nəzərə alsaq, manatın ucuzlaşması istiqamətində heç bir qorxu yoxdur. Bir zamanlar həqiqətən ki, təhlükə var idi və o zaman bu təhlükəni faktlarla açıq büruzə verirdik. Amma indiki makroiqtisadi vəziyyətdə, həmçinin respublikamıza idxal, ixrac əməliyyatlarının balansını nəzərə alaraq, manatın ucuzlaşmasında heç bir təhlükə olmadığını deyə bilərəm”. 

Ekspert əlavə edib ki, Azərbaycanda dollara bazar tələb edən qədərdir: 

“Bununla bağlı öhdəliyimizə cavab veririrk. Dünya birjalarında dolların digər valyutalara qarşı möhkəmlənməsi prosesi gedir. Bu məsələdə bizim manatın idarə olunması siyasəti daha çox mərkəzləşdirilmiş, administrativ idarəetmə üslubundadır. Bu ona görədir ki, manata birjalarda gedən proseslər təsir etməsin”. 

Tarix: 12-11-2019, 17:04
Xəbəri paylaş





Xəbər lenti