Gömrük Komitəsi bu maşınların ölkəyə gətirilməsinə qadağa qoyur – RƏSMİ AÇIQLAMA

"Nəqliyyat vasitələrinin idxalında tətbiq olunan gömrük rüsumların endirilməsi məsələsi Dövlət Gömrük Komitəsinin (DGK) səlahiyyətində deyil, lakin əgər belə bir təklif daxil olarsa biz buna etiraz etmərik".

"APA-Economics"in məlumatına görə, bunu "2019-cu ilin 10 ayı ərzində görülən işlər, qarşıda duran vəzifələr" mövzusunda təşkil olunan mətbuat konfransında DGK-nin sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, Komitə tərəfindən təklif edilib ki, 7 ildən yuxarı olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinə məhdudiyyət qoyulsun: "Həm ekoloji tarazlıq, həm də insanların sağlamlığını düşünərək bu cür təkliflə çıxış etmişik", - deyə S. Mehdiyev qeyd edib.
Tarix: 26-11-2019, 21:21
Xəbəri paylaş





Xəbər lenti