Azərbaycanda da məscid, kilsə və sinaqoqlara pulsuz qaz verilir: Ancaq limitlə - RƏSMİ

Azərbaycanda da məscid, kilsə və sinaqoqlara pulsuz qaz verilir: Ancaq limitlə - RƏSMİ


Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri şeyx Hacı Ramin İgidov rəhbərlik etdiyi qurumun illik hesabatının təqdimat mərasimində “Socar Georgia Gas” şirkətinin Gürcüstanda təmənnasız qazla təmin etdiyi məscidlərin sayının 70-ə çatdığını qeyd edib. 

Şeyx Gürcüstanda 330 məsciddən 205-nin GMİ-nin səlahiyyətinə verildiyini və geri qalan məscidlərin də qeydiyyata alınacağını diqqətə çatdırıb. 

Maraqlıdır, SOCAR Azərbaycanda da məscid və kilsələrə təmənnasız qaz verir? 

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən SOCAR-ın mətbuat xidməti və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri İbrahim Əhmədov bildirib ki, təxminən eyni qayda ilə Azərbaycanda da məscid və məbədlərə təmənnasız qaz verilir. 

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov isə pulsuz qaz təminatının təkcə Bakı şəhərini deyil, bütün ölkəni əhatə etdiyini vurğulayıb:

“Ümumilikdə ölkədə 566 dini obyekt var. Buraya həm məscidlər, həm kilsələr, həm də sinaqoqlar, dini icmalar və s. daxildir. İllik onlar üçün təmənnasız ayrılan limit hər birinə 5 min kubmetrdir. Bu təcrübə çoxdan mövcuddur, yəni 2014-cü ildən tətbiq olunur. İl sonuna onların təxminən 80-82 faizi limiti keçmir”.  

 Siam.az

Tarix: 16-12-2019, 14:17
Xəbəri paylaş





Xəbər lenti