2020-ci ildə Azərbaycanı nə gözləyir? – PROQNOZ


2020-ci ildə Azərbaycanı nə gözləyir? – PROQNOZ


"2020-ci ildə Azərbaycanixracatında qeyri-neft sektorunun payı artmaqda davam edəcək”.


Sfera.az-a açıqlamasında bu sözləri üzümüzə gələn ilin iqtisadi gözləntilərini dəyərləndirərkən iqtisadçı ekspert Ruslan Atakişiyev deyib: "Vergi Məcəlləsinə edilən dəyişikliyə uyğun olaraq 2020-ci ildə vergi sahəsində şəffaflığın daha da artması gözlənilir. Minimum əmək haqlarının 2018-ci ilə nisbətən iki dəfə qalxdığını görürük. Cari ildə bu addımın bütün müəssisələrdə tətbiqi genişlənəcək. Ölkədə baş verən struktur islahatlarının nəticəsi olaraq gələn ildə "Milli Məclisdə "Rəqabət Məcəlləsi”nin nəhayət müzakirə və qəbul olunacağını görə bilərik”.

Növbəti ildə ekspertə görə, Azərbaycanda sahibkarlıq mühiti daha liberal şəkil alacaq: "Həmçinin, sahibkarlıq mühitinin daha da liberallaşdırılması istiqamətində işlər aparılacaq. Növbəti ildə habelə, dövlətin sosial proqramları ilə əlaqədar olaraq elektron xidmətlərin daha da təkmilləşməsini və həyata keçməsi sahəsində artıq ünvanlılığın təmin edilməsinin daha da sürətlənəcəyini görə bilərik. İcbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqi nəticəsində onun səhiyyə sistemində əsaslı təsirləri də müşahidə ediləcək.

 

Ölkəmizin ixrac potensialının artırılması ilə bağlı bu dövrə qədər aparılan bir sıra islahatlardan asılı olaraq 2020-ci ildə qeyri-neft sektorunun payının daha da artması gözlənilir. Ölkədə sahibkarlığın maliyyə təminatı, kreditləşməsi sahəsində, bankların kredit faizlərini aşağı salması istiqamətində artıq işlər gedir və üzümüzə gələn ildə bu proseslər daha da intensivləşəcək. Aqrar sahəyə müştərək sığortanın tətbiq olunması kənd təsərrüfatının kreditləşməsi həcminin artmasına gətirib çıxaracaq”.

 Siam.az

Tarix: 26-12-2019, 21:22
Xəbəri paylaş





Xəbər lenti