“İnflyasiya təzyiqini yumşaltmaq asan olmayacaq” - EKSPERT


“İnflyasiya təzyiqini yumşaltmaq asan olmayacaq” - EKSPERT

2020-ci ildə icmal büdcə vasitəsilə maaşların və sosial müdafiə xərclərinin 35 faiz artımı proqnozlaşdırılıb.

Maraqlıdır, istehlak bazarına təzyiq göstərəcək xərclərin belə kəskin artımı şəraitində inflyasiyanı aşağı həddə - hökumətin proqnozlaşdırdığı 4.6 faiz səviyyəsində saxlamaq nə dərəcədə mümkün olacaq?

Cebhe.info xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayev nəzəri olaraq olaraq bunun mümkün olduğunu vurğulayıb.

İqtisadçı qeyd edib ki, bunun üçün gərək ev təsərrüfatlarının büdcə vasitəsilə əldə edəcəyi əlavə 4.5 milyard manat (ümumilikdə isə 13.7 milyard manat) vəsaitin bir hissəsi qənaətə yönəlsin:

“Bütün artımların istehlak bazarına daxil olacağı şəraitdə inflyasiya təzyiqini yumşaltmaq asan olmayacaq. Bunun üzərinə kreditləşmənin, xüsusilə istehlak kreditlərinin yenidən sürət götürməsi hesabına pul emissiyasında bankların rolu artacaq.

Təqdim etdiyim qrafikdə 2005-2019-cu illərdə icmal büdcənin sosial müdafiə xərclərinin artımı və inflyasiya tempi arasında əlaqəni göstərmişəm. Çox kiçik istisnalarla burada düz əlaqə aşkar görünür. Xüsusilə də 2005-2008-ci illərdə sosial xərclərdə 30-40 faizlik artımlar ikirəqəmli inflyasiyanı stimullaşdırıb. Nəzərə alaq ki, həmin dövrdə də məzənnə sabitliyi idxal inflyasiyasının qarşısını alıb.

İnflyasiyanın və sosial xərclərin ən yüksək artdığı 2008-ci ildə sonra 2020-ci ildə hər 2 göstərici üzrə ən yüksək proqnoz var. Mərkəzi Bankın monetar siyasətinin, açıq bazar əməliyyatlarının inflyasiya təzyiqini azaltmaq baxımından nə dərəcədə effektiv olacağını yaxın 6 ayda görmək mümkün olacaq”.


Tarix: 3-01-2020, 10:45
Xəbəri paylaş





Xəbər lenti