Azərbaycanda iqtisadi artım nədən yavaşıyır?

ADR sədri, ıqtisadçı alim Qubad Ibadoğlu

Dünya Bankının Avropa və Mərkəzi Asiya yeniləşmiş hesabatında Azərbaycanda ÜDM-in artım temoinin 2020-ci ildə 2,3 faiz, 2021-ci ildə isə 2,1 faiz proqnozlaşdırıb. Maraqlı budur ki,DB son və yeniləşmiş hesabatı ötən ilin iyun ayındakı açıqlamasından kəskin fərqlənir. Belə ki, ötən ilin iyununda DB Azərbaycanda iqtisadi artım tempinin 2020-ci ildə 3,5 faiz, 2021-ci ildə isə 3,7 faiz olacağını bildirmişdi. Azərbaycanda cari ildə və gələn ildə gözlənilən iqtisadi artım tempinin yavaşıması nə ilə əlaqədardır?
Firkrimcə, birincisi, yaxın illərdə neft hasilatının azalması iqtisadi artıma təsir göstərən əsas amillərdən olacaq.
İkincisi, ölkədə biznes mühitinin yaxşılaşdırılması sahəsində təşəbbüslər və dövlət dəstəyi iqtisadi azadlıqların və müstəqil məhkəmə hakimiyyətinin təminatı ilə müşahidə edilmədiyindən effekt vermir. Struktur islahatlarının ləngiməsi, sağlam rəqabət imkanlarının dövlətin dəstəklədiyi təbii inhisarlar və siyasi elitanın himayə etdiyi özəl bölmə vasitəsilə sıradan çıxarılması qeyri-neft sektorunun inkişaf perspektivlərini tutqun göstərir. Bununla yanaşı, qeyri-neft sektorunun idxalı əvəz edə bilməməsindən idxal mallarına tələbat getdikcə artdığından maliyyə hesablarının profisiti, xarici ticarət balansının müsbət saldosu getdikcə azalır.
Üçüncüsü, müxtəlif mənbələrdən iqtisadiyyata kapital qoyuluşları ildən ilə azalır, xaricdən birbaşa sərmayələr aşağı düşür.
Nəhayət, illərdən bəri həllini gözləyən gizli iqtisadiyyat, inhisarçılıq və korrupsiya kimi sistem və endemik problemlərin davam etməsi, həm də bu səbəblərdən də beryənxlaq və regional iqtisadi inteqrasiyadan faydaların azalması iqtisadi artımı yavaşıdır.

Tarix: 8-01-2020, 17:02
Xəbəri paylaş





Xəbər lenti