Qarabağdakı ermənilərin minimum maaşı ilə bizimki arasında cəmi 7 dollar fərq qaldı?..


Hələlik Ermənistan və işğal altındakı Azərbaycan ərazilərində neft və qaz tapılmayıb...




 Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin 2020-ci il yanvarın 1-dən “ərazisində” sülənən ermənilərin mimimum əmək haqqını  68 min drama qədər qaldırması haqda informasiya yayılıb.

Moderator.az xəbər verir ki, bu haqda məlumatı sosial şəbəkələrdəki erməni istifadəçilər yayıb.

Xəbərdən belə çıxır ki, Azərbaycan Respublikasının nəzarətində olan ərazilərində yaşayan vətəndaşların  hazırkı minimum əmək haqqı ilə Qarabağdakı ermənilərinki arasında cəmi-cümlətanı 7 dollar fərq qalıb. Çünki Azərbaycanda hazırda minimum maaş 250 AZN və ya təxminən 147 ABŞ dollarıdır. Qarabağdakı ermənilər də bu ildən 68 min dram və ya təxminən 140 dollar alacaqlar.

Xatırladaq ki, Azərbaycanda mimimum əmək haqqının 2020-ci ildə yenidən artırılacağı gözlənilir.

P.S. Xatırladaq ki, hələlik Ermənistan və işğal altındakı Azərbaycan ərazilərində  neft və qaz tapılmayıb...

Sultan Laçın
Tarix: 11-01-2020, 10:16
Xəbəri paylaş





Xəbər lenti