“Bizim hökumət hələ qəbul etmək istəmir ki...” – MƏHƏMMƏD TALIBLI



“Bizim hökumət hələ qəbul etmək istəmir ki...” – MƏHƏMMƏD TALIBLI

“Neft “qazı” hesabına şişən balon əbədi ola bilməz”

 “2010-cu ildə illik neft hasilatı 50,8 mln. ton olubsa, 2020-ci ildə 37,7 mln. tona düşəcək. Bu rəqəmləri gündəlik barelə çevirsək, onda məlum olacaq ki, 2010-cu ildə gündəlik neft hasilatı 1 milyon barrelin üzərində olduğu halda, 10 il sonra - 2020-ci ilin yanvar ayı üçün bu rəqəm 760 min barrel səviyyəsinə düşüb. Söhbət az qala 30% azalmadan gedir”. Hurriyyet.org xəbər verir ki, bu barədə iqtisadçı Məhəmməd Talıblı qeyd edib.

“Paradoksal situasiya bundan ibarətdir: bir tərəfdən hasilatımız kəskin enib, digər tərəfdən əvvəlki səviyyədə bahalı neft qiymət mərhələsi geridə qalıb”,-deyə iqtisadçı əlavə edib.

Məhəmməd Talıblının sözlərinə görə, neft motorlu iqtisadi böyümə modelinin lənətlənmiş dairəsindən çıxa bilməmişik: “Bizim hökumət hələ qəbul etmək istəmir ki, neft “qazı” hesabına şişən balon əbədi ola bilməz. Bunu da niyə belə çətin qəbul edirlər, anlamıram..”.

Tarix: 7-03-2020, 14:19
Xəbəri paylaş





Xəbər lenti