52 milyard dollar ehtiyatla Azərbaycan ucuz neftə nə qədər dözə bilər? - GƏLİŞMƏ

 
  Rusiya Maliyyə Nazirliyi neft qiymətlərinin kəskin düşməsinə dair açıqlama yayıb.

Ölkənin Milli Rifah Fondundakı vəsaitin kafi səviyyədə olduğu qeyd edilən açıqlamada "Fond aşağı neft qiymətlərinə baxmayaraq dövlətin öhdəliklərini yerinə yetirməsi və makro sabitliyi davam etdirmək üçün kafi səviyyədədir",- deyilir. Rusiyanın əlavə neft və təbii qaz gəlirlərinin köçürüldüyü fondun ölkənin ümumi daxili məhsulunun 9,2%-nə bərabər olduğu məlumatına yer verilən açıqlamada "Milli Rifah Fondunda 1 Mart 2020-ci il tarixinə 10,1 trilyon rubl (təxminən 138 milyard dollar) var. Fonddakı vəsaitlər neft qiymətlərinin 6-10 il ərzində 25-30 dollar səviyyəsində qalması halında meydana gələcək kəsiri bağlaya biləcək səviyyədədir" ifadələrinə yer verilib. Bu gün Rusiyanın əsas ixrac məhsullarından biri olan neftin barel qiyməti 30% düşərək 31 dollara gerilyib.

Maraqlıdır, Azərbaycanın vəsaiti aşağı neft qiymətləri şəraitində neçə il ərzində ölkə büdcəsinin kəsirlərini bağlayacaq səviyyədədir?

Xatırladaq ki, bu il Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 57 faizinin neft gəlirləri, o cümlədən Dövlət Neft Fondundan transfertlərin hesabına formalaşması nəzərdə tutulub.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Cebhe.info-ya açıqlamasında bildirib ki, Dövlət Neft Fondunun aktivləri 43,3 milyard dollar həcmindədir:

“Ümumilikdə 52 milyard dollar valyuta ehtiyatımız var. Büdcə xərclərimiz 25,6 milyarddır. Hesab etsək ki, artıq Neft Fonduna heç bir vəsait daxil olmur, 6 il həmin vəsaitin büdcəyə köçürülməsi ilə bütövlükdə Neft Fondu boşala bilər. Bu zaman neftin hansı qiymətə olması nəzərdə alınmır”.
Tarix: 10-03-2020, 14:34
Xəbəri paylaş





Xəbər lenti