"Nərimanovda üç otaqlı mənzili 100 min manata tapmaq mümkün deyil" - Ekspert

“Alıcılar daha çox metrostansiyalar ətrafında ev almağa üstünlük verir”.

Bunu əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə deyib.

R.Qasımzadə bildirib ki, bu səbəbdən də metro ətrafındakı mənzillər digərləri ilə müqayisədə 10-15% bahadır: “Məsələn, Neftçilər metrostansiyası yaxınlığında bir otaqlı Xruşşov tipli layihə 55 min manatdırsa, 8-ci kilometr bazarı ətrafında bu rəqəm 48 min manat təşkil edir. Köhnə tikililərdə bir otaqlı mənzillər 48-55 min, iki otaqlılar 65-75 min, üç otaqlılar isə 78-100 min manat arasında dəyişir. Nərimanov rayonu ərazisində artıq üç otaqlı mənzili 100 min manata tapmaq mümkün deyil. Həmin ərazidə qiymətlər 105-115 min manatdır. Təkrar mənzil bazarında Nərimanov rayonu ərazisində bir kvadratmetr üzrə qiymətlər artıq 2 min manatı keçib. Vəziyyət elədir ki, köhnə mənzil bazarındakı qiymətlər yeni tikililərlə müqayisədə daha yüksəkdir. Ona görə ki, köhnə tikililər çox az saydadır. Getdikcə məhdudlaşır. Həm də Nərimanov ərazisində söküntü-tikinti prosesi digərləri ilə müqayisədə daha intensivdir”. \\Pravda.az

Tarix: 12-03-2020, 00:16
Xəbəri paylaş





Xəbər lenti