Gələcək nəsillər üçün nəzərdə tutulan aktivlərin xərclənməsinə başlanıldı


 “Dövlət Neft Fondu gələcək nəsillər üçün nəzərdə tutulan aktivlərinin xərclənməsinə başlayıb”.
 
Siam.az-ın xəbərinə görə, bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyib.
 
“Bu ilin yanvar-fevral aylarında Dövlət Neft Fondunun resurs gəlirləri Azəri Çıraq və Günəşli yatağından 1 milyard 5 milyon ABŞ dolları, o cümlədən də Şahdəniz yatağı üzrə kondensatın satışından 69 mln. ABŞ dolları olub. Cari ilin əvvəlindən dünənə qədər Dövlət Neft Fondu tərəfindən valyuta bazarında satışa ümumilikdə 1,8 milyard ABŞ dolları çıxarılıb. Göründüyü kimi , Dövlət Neft Fondunun satışa çıxardığı valyutanın həcmi onun eyni dövrdə qazandığı gəlirlərdən 800 milyon dollar çox olub. Bu o deməkdir ki, Dövlət Neft Fondu artıq gələcək nəsillər üçün nəzərdə tutulan aktivlərinin xərclənməsinə başladı.
 
Məlumat üçün qeyd edim ki, 2020-ci ilin 01 yanvar tarixinə ARDNF-nin aktivləri 43 323,3 mln. ABŞ dolları olub. Hazırda bu məbləğ azalır və gözləntilərə görə, ilin sonuna qədər 40 milyard dollardan da aşağı düşəcək. Valyuta bazarında satışla bağlı Mərkəsi Bank açıqlama vermədiyindən onun malik olduğu 6,4 milyard dollarlıq rəsmi valyuta ehtiyatlarının nə qədər azaldığı hələ ki, bilinmir” – Q.İbadoğlu qeyd edib./Pravda.az/
Tarix: 13-03-2020, 09:17
Xəbəri paylaş





Xəbər lenti