Azərbaycan nefti kəskin ucuzlaşdı

 
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 3,69 ABŞ dolları, yaxud 10,2% azalıb.
 
Siam.az-ın xəbərinə görə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 32,35 ABŞ dolları təşkil edib.
 
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.Report
Tarix: 13-03-2020, 14:07
Xəbəri paylaş





Xəbər lenti