Ölkədə ciddi sosial-iqtisadi problemlər qaçılmazdır

 

İqtisadçı Rövşən Ağayev

Xarici ticarətdə əsas tərəfdaşlarımız olan 3 qonşu ölkənin iqtisadiyyatında ciddi narahatlıqlar var. Söhbət Rusiya, Türkiyə və Gürcüstandan gedir. 2019-cu ildə idxalımızın 30%-i, qeyri-neft ixracımızın 60%-i bu 3 ölkənin payına düşüb.
Hökumətin müntəzəm xarakter daşımayan monetar qızıl idxalını nəzərə almasaq ümumi idxalımızın 40%-nə qədəri bu 3 ölkə tərəfindən təmin edilir.
Rusiyada neftin qiymətinin kəskin ucuzlaşmasının ölkədə iqtisadi artımı tam dayandırması gözləntisi var. Kudrin Federasiya Şurasına 3 gün öncəki təqimatında bu fikir səslənib. Səbəb aydındır: 2019-cu ildə cari hesablar balansı çərçivəsində ölkəyə daxil olan xarici valyuta kütləsinin tam 60%-i neft-qaz sektorunun payına düşüb. Büdcənin də asılılığı 50%-dən yüksəkdir. Bir tərəfdən də rublun ucuzlaşması idxal hesabına inflyasiyanı sürtələndirməklə ölkədə ciddi bahalanma yaradır.
Türkiyə və Gürcüstanın əsas narahatlığı isə turzim sektorunun üzləşdiyi vəziyyətdir. Xarici turizm axınlarının kəskin azalması hər 2 ölkənin onsuz da son 2 ildə həssas olan milli valyutalarının ksəkin dəyər itirməsi riskini artırır.
Hər 2 ölkənin cari hesablar balansında, eləcə də bütövlükdə tədiyə balansında tarazlığın təmin edilməsi bilavasitə xidmət ixracına, özəlliklə turizmə bağlıdır.
Gürcüstanda ümumiyyətlə vəziyyət gərgindir. Xidmət ixracı əmtəə ixracını üstələyir. Xarici sektordan ölkənin əldə etdiyi gəlirlərin 40%-ni xidmət sektoru təmin edir ki, burda da turizm həlledicidir. Xidmət sektorunda yaranan 2 mlrd. dollardan çox müsbət saldo cari hesablar balansında yaranan təxminən 3-3.5 mlrd kəsiri əhəmiyyətli dərəcədə azaltmağa, çox da böyük olmayan bu defisiti ölkəyə kapital axını hesabına örtməyi daha əlverişli edir. Yaranmış vəziyyətdə isə turizm gəlirləri elə kəskin şəkildə azala bilər ki, kapital axınları tədiyə balansını tənzmimləməyə yetərli olmayacaq və gürcü larisi daha çox dəyər itkisinə məruz qala bilər. Gürcü hökuməti artıq hərəkətə keçib – turizm şirkətləri gəlir və əmlak vergisindən azad olundular.
Türkiyədə son 15 ildə ilk dəfə 2019-cu ildə cari hesablar balansında profisit qeydə alınıb və bunun səbəbi məhz xidmət sektodurur. Belə ki, ötən il xidmət sektoru nəzərə alınmazsa, cari hesablarda 28 mlrd. dollara yaxın defisit olub. Lakin xidmət seqmenində yaranan 36 mlrd. dollar profisit nəinki cari hesablar balansında 8 mlrd. müsbət saldo yaradıb, ümumilikdə tədiyyə balansının profisitli olması 2013-cü ildənm sonra ilk dəfə Mərkəzi Banka öz ehtiyatlarını artırmağa imkan yaradıb. Türkiyənin xarici iqtisadi fəaliyyətədn əldə elədiyi gəlirlərin tam 35%-i xidmət sektorunundur.
Artlq son günlər lirə dəyər itirməklə baş verənlərə reaksiyasını göstərir.
Şübhəsiz ki, aparıcı ticarət tərəfdaşlarımızda iqtisadi fəallığın azalması, makroiqitsadi volatilliyin artması xarici ticarətin də kiçilməsindən yan ötməyəcək. Bu baxımdan bizim üçün narahatlıq yalnız neft gəlirlərinin deyil, eyni zamanda onsuz da kiçik olan qeyri-neft ixracının da həcminə təsirsiz ötüşməyə bilər.

Tarix: 15-03-2020, 14:16
Xəbəri paylaş





Xəbər lenti