“Sahibkarlara və vətəndaşlara 3 ay möhlət verilsin” - Vüqar Bayramov



bitmap-img6




Deputat Qənirə Paşayeva Milli Məclisin plenar iclasında çıxış edərkən koronavirusa qarşı mübarizədə milli həmrəyliyə səslədi.

“Bu ölkədə kasıb ailələrlə bərabər, imkanlı ailələr də az deyil. Hər imkanlı ailənin kasıb ailəyə dəstək olsa, insanlıq adına çox böyük iş görmüş olarlar. İmkanlı adamlar, böyük şirkətlər, həmrəylik deyiriksə, bu məsələdə hər kəs öz töhfəsini verməlidir” - Q.Paşayeva bildirdi.  

Deputat Vüqar Bayramov isə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı sahibkarlarla bağlı təkliflərini verdi: “Kommersiya banklarından kredit götürən sahibkarlara və vətəndaşlara 3 ay möhlətin verməsi daha məqsəduyğun olardı”. Deputat bununla bağlı dünya təcrübəsində nümunələr olduğunu söylədi: “3 ay müddətində kreditlərin gecikməsinə görə faiz və cərimələrin yazılmamasını təklif edirəm”.


Tarix: 30-03-2020, 22:20
Xəbəri paylaş





Xəbər lenti