Elman Rüstəmovla bağlı məsələ “gözləmə” mövqeyindədir

  

 "Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun səlahiyyət müddətinin bitməsi ilə əlaqədar Milli Məclisə təqdimat daxil olmayıb”.

Bu barədə Korrupsiya.org-a parlamentdəki mənbə məlumat verib.
Bununla belə qeyd olunub ki, Elman Rüstəmovun səlahiyyət müddəti başa çatırsa, mütləq bu məsələyə baxılmalıdır.
Bu il aprelin 3-də Elman Rüstəmovun səlahiyyət müddəti başa çatır.
Qanunvericiliyə əsasən, Mərkəzi Bankın İdarə Heyətinin üzvləri vəzifəyə beş il müddətinə təyin edilirlər.
Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini və digər müavinləri də beş il müddətinə vəzifəyə təyin olunurlar.
Qeyd edək ki, Elman Rüstəmov axırıncı dəfə Milli Məclisin 2015-ci ilin 3 aprel tarixində keçirilən iclasında Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə təsdiq edilmişdi.
Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyevdir. Baş bankir Elman Rüstəmovun müavinləri isə Vadim Xubanov və Aftandil Babayevdir.
Onlar 2017-ci ilin mart ayında Milli Məclisin qərarı ilə Mərkəzi Bankın İdarə Heyətinin üzvləri seçiliblər.
Tarix: 1-04-2020, 23:32
Xəbəri paylaş





Xəbər lenti