Neft bazarında "zəlzələ" yaradan xəbər: Putinlə şahzadə danışdı, sorağı Ağ Evdən gəldi


Neft bazarında "zəlzələ" yaradan xəbər: Putinlə şahzadə danışdı, sorağı Ağ Evdən gəldi

ABŞ Prezidenti Donald Tramp Rusiya və Səudiyyə Ərəbistanının neft danışıqlarını açıqlayıb.

Cebhe.info xəbər verir ki, Tramp danışıqların Putin və vəliəhd arasında aparıldığını bildirib. Onun sözlərinə görə, danışıqlar neftin qiymətinin stabilləşdirilməsi ilə bağlı olub. Ağ Evin rəhbəri sosial şəbəkə hesabında vurğulayıb ki, hər iki ölkənin neft hasilatının azaldacağını gözləyir: “İndicə vəlihəd şahzadə Məhəmməd bin Salmanla danışdım. O da Putinlə danışıb. Gözləyirəm və ümid edirəm ki, neft hasilatını azaldacaqlar. Ola bilsin ki, 10 milyon barel, yaxud daha da çox".

Trampın sözlərinə görə, əgər tərəflər razılığa gələrsə, neft-qaz sahəsi üçün yaxşı olacaq. Daha sonra isə Prezident hasilatın hətta 15 milyon barel azalmasının mümkünlüyünü bildirib.

Bu xəbər neft bazarında "zəlzələ" yaradıb. Brent markalı neftin bir bareli 30 dollar olub. Bu isə sutkada 20 faizlik bahalaşmadır.

Tarix: 2-04-2020, 22:24
Xəbəri paylaş





Xəbər lenti