Qarşıdakı aylarda neftin qiyməti necə dəyişəcək... - Açıqlama


Neft, dollar

Aprelin 1-də Brent markalı xam neftin qiyməti son 20 ilin ən aşağı səviyyəsinə qədər ucuzlaşıb. Light” markalı neftin bir barrelinin qiyməti daha 2,90 dollar ucuzlaşaraq 16,53 dollar təşkil edib Bir çox ekspertlər həyəcan təbili çalırlar, bunun son hədd olmadığını deyirlər.


İqtisadçı alim, professor Qubad İbadoğlu Bizimyol.info-ya verdiyi açıqlamda bildirib ki, ABŞ prezidenti Tramp qiymət çöküşünün qarşısını almaq üçün Rusiya və Səudiyyə Ərəbistanı ilə danışıqlar aparsa da qiymətin təkliflə yanaşı tələbdən asılı olması vəziyyəti gərginləşdirir.Bəs niyə Azərbaycan nefti ucuzdur? Bu sualı cavablandıran ekpert qeyd edib ki, “Azeri Light” markalı neftin qiyməti birjalarda təyin edilmir, hər zaman Brent markalı neftin qiymətindən asılıdır.


Qubad İbadoğlu Qubad İbadoğlu


“Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Azərbaycan neftinin qiyməti birjalarda təyin edilmir. Alıcı və satıcı arasında sövdələşmə predmeti əsasında Brent markalı neftə nisbətdə və həmin terminalda tələb-təklifə görə müəyyənləşir. Hazırda yüngül (light) neftə tələbat azalıb, ona görə Azərbaycanın, Qazaxıstanın və Nigeriya neftinin qiyməti aşağı düşüb”.

İqtisadçı Natiq Cəfərlinin də proqnozları bədbin düşünməyə əsas verir. Dünyada birjalardan əlavə, bir də real neft, tankerlərlə, borularla daşınan və real alıcıya faktiki bu gün satılan neft bazarı da var – qiymətlər məhz o bazarda çöküb, xeyli ucuzlaşıb. Bu gün bütün neft istehsalçıları, hasilatçıları istənilən qiymətə öz neftini satmağa hazırdırlar, Bunasəbəb odur ki8 istehlakçıların tələbi həddən artıq azalıb.


Natiq Cəfərli Natiq Cəfərli


“Günlük neft istehlakı 30 mln. barel azalıb, hasilat isə hələ də günlük 96-98 mln. bareldir. Çıxarılmış nefti saxlamağa yer yoxdur, rezervuarlar dolub, ABŞ-da, təqribən, 60 mln. barellik ehtiyat nefti üçün yer qalıb, onlar da öz istehsalçılarından alırlar. Bir tək Çində, təqribən, 80 mln. barellik rezervuarlar boşdur, onlar bu gündən əlavə neft almağa başladılar deyə, bu xəbər ümumi neft bazarına az da olsa canlandırdı, iyun fyuçerslərinin qiymətini artırdı.İndi heç nə ilə neftin qiymətini yüksəltmək mümkün deyil. Bu gün rezurvuarların dolması, hamının əlavə neft ehtiyatı yığması onu deməyə əsas verir ki, hətta vəziyyət düzələndən sonra da ilk aylar qiymət aşağıda olacaq “.

Tarix: 3-04-2020, 12:46
Xəbəri paylaş





Xəbər lenti