Elman Rüstəmov: “Hazırda bank kreditləri ilə bağlı işlər gedir”

 
  Milli Məclisin plenar iclasında çıxış edən deputat Aydın Mirzəzadə koronavirusun yaratdığı fəsadlardan bəhs edərkən bir sıra vətəndaşların məcburi qaydada işindən məhrum olduqlarını xatırlatdı. Bildirdi ki, belə bir durumda bəzi özəl banklar bank kreditləri olan vətəndaşlara zəng edərək kredit faizlərini tələb edirlər. Deputat Mərkəzi Bankın rəhbərliyinə, növbəti dəfə etimad göstərilən Elman Rüstəmova müraciət edərək xahiş etdi ki, bank rəhbərləri ilə danışılsın və vətəndaşlara 2-3 aylıq möhlət verilməsi, onların bank faizlərinin dondurulmasi ilə bağlı tövsiyə olunsun.
E.Rüstəmov iclasda təkrar söz alaraq dedi ki, bu günlərdə cənab Prezidentin tapşırığı ilə yaradılan işçi qrupların birinə məhz o, rəhbərlik edir.
Mərkəzi Bankın İdarə Heyətinin sədri dedi ki, hazırda bank kreditləri ilə bağlı işlər gedir: “Yaxın günlərdə bununla bağlı məsələləri açıqlayacağıq”.
E.Paşasoy,
Musavat.com
Tarix: 9-04-2020, 13:36
Xəbəri paylaş





Xəbər lenti