“Elman Rüstəmov qaldısa, manat üzən məzənnəyə keçməyəcək” – İqtisadçı ekspert



Bu gün Milli Məclisin iclasında Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi məsələsinə baxılıb və təsdiq edilib. Beləliklə, baş bankirin daha 5 il müddətinə dövlət bankına rəhbərlik edəcəyi məlum olub.

Milli Məclisin qərarını “AzPolitika.info”-ya şərh edən iqtisadçı Samir Əliyev bildirib ki, Elman Rüstəmovun namizədliyi yenidən təsdiq ediləcəyi gözlənilirdi. İqtisadçı hesab edir ki, indiki halda böhran köhnə sədrin qalmasına töhfəsini verdi. S. Əliyevin sözlərinə görə, bank sektorunda konservativ yanaşma siyasəti yenə davam etdiriləcək: “Hökumət mövcud monetar siyasətini davam etdirəcək. Əlavə olaraq onu qeyd etmək istəyirəm ki, köhnə sədrin qalması manatın məzənnəsinin qorunması ehtimalını daha da artırdı. Vəziyyət nəzarətdən çıxmasa, manatın məzənnəsində ciddi dəyişiklik olmayacaq. Yəni yaxın dövrdə üzən məzənnəyə keçidi gözləməyə dəyməz”.

Tarix: 9-04-2020, 15:32
Xəbəri paylaş





Xəbər lenti