Bir koronaviruslu xəstənin gündəlik xərci dövlətə neçəyə başa gəlir? - Millət vəkili


"Əsas məsələ müalicənin xərcləri yox, insan həyatı, xəstələrin sağalması və sağ-salamat evlərinə qayıtmasıdır"



Türkiyədə bir koronavirus xəstəsinin gündəlik müalicə xərcinin 176 manat olduğu açıqlanıb. Bəs Azərbaycanda bu mərəzə yoluxmuş bir xəstənin gündəlik xərci dövlətə neçəyə başa gəlir? Tutaq ki, müalicə dövründə koronavirusa yoluxan tibbi personalın icbari tibbi sığortası nə qədərdir? Onlara nə qədər pul ödəniləcək? Deputatlarda bu barədə məlumata çıxış varmı?

Moderator.az-ın əməkldaşı bu suallarla millət vəkili Əli Məsimliyə müraciət edərək aşağıdakı cavabı alıb:


"Məndə bu haqda məlumat yoxdur. Koronavirus infeksiyası ilə bağlı xəstələr dövlət hesabına müalicə olunur. Dövlət də  xərclərin hansı səviyyədə olmasından asılı olmayaraq, hamısını öz üzərinə götürüb çəkəcək. Ona görə də əsas məsələ müalicənin xərcləri yox, insan həyatı, xəstələrin sağalması və sağ-salamat evlərinə qayıtmasıdır".
Tarix: 12-04-2020, 22:18
Xəbəri paylaş





Xəbər lenti