Dünya bazarında neft qiymətlərinin ucuzlaşması Azərbaycanın valyuta fondundan da yan ötüşməyib.Ovqat.com Dövlət Neft Fondunun rəsmi hesabatlarına istinadən xəbər verir ki, 2020-ci il başlayandan bəri Fonda nəinki əlavə vəsait daxil olub, əksinə, o, daha da “ərimə” baş verib.
İlin ilk rübündə ən çox “ərimə” mart ayında yaşanıb. Dövlət Neft Fondunun rəsmi saytında dərc olunan hesabata görə, ötən
maliyə ehtiyatlarımız 2.6 milyard dollar itirib. Yanvar ayında bu itki
800 milyon, fevral ayında isə
200 milyon dollar olub. Üst-üstə götürəndə Neft Fondu ilin ilk rübündə 3.6 milyard dollar itirərək
41.349 miyarda enib.
Qeyd edək ki, qlobal neft bazarında bu ay da vəziyyət gərgindir. Londonun İCE birjasında bir barel
Brent markalı neft gün ərzində
27.56 ABŞ dollarına qədər enib.
Nyu-Yorkun NYMEX birjasında WTI markalı neftin bir barreli isə
18.05 ABŞ dollarından satılır. Azərbaycanın
light markalı nefti də
18.27 ABŞ dolları/barrelə düşüb. Bu, 2002-ci ildən bəri ən aşağı qiymətdir. Neft bazarındakı tənəzzül Dövlət Neft Fondunun bu ay daha çox “əriyə” biləcəyindən xəbər verir.