"Məmur oğurlqularının qarşısını alsaq, Azərbaycanın qızıl ehtiyatı 200 ton artar" - DGK sədrinin keçmiş müavini


"Məmur oğurlqularının qarşısını alsaq, Azərbaycanın qızıl ehtiyatı 200 ton artar"
“Azərbaycandan hər il xaricə külli miqdarda vəsait çıxarılmaqdadır”.

Bunu Moderator.az-a açıqlamasında siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bildirib. Ekspertin sözlərinə görə, Türkiyədə alınan mənzillərin sayı özlüyündə çox şeydən xəbər verir:

“Türkiyədə azərbaycanlı məmurlar, onalrın yaxınları tərəfindən orta hesabla hər ay 90-100 mənzil alınır. Bu o deməkdir ki, hər ay Türkiyəyə minimum 5 milyon pul çıxarılır. Ofşor zonalara çıxarılanlar isə bundan daha çoxdur.

Azərbaycanda 30 ton qızıl ehtiyatı var. Məmur oğurlqularının qarşısını alsaq, Azərbaycanın qızıl ehtiyatı 200 ton artar. Bu qədər vəsait ölkədən qaçırılıb. Bu vəsaiti ölkədən çıxaranlar bu gün həm insanlara ağıl verməyə çalışır, həm əxlaq dərsi keçir, həm də müxəlif vəzifələrdə oturub.

Bu gedişlə biz hara gedirik? Kimi aldadırıq? Nəyə inanırıq? Niyə özümüzü belə aparırıq? Bütün bunlar cavabını axtaran sualalrdır”.
Tarix: 15-06-2020, 09:43
Xəbəri paylaş





Xəbər lenti