“Pandemiya bitəndə, benzinin qiyməti 2 manat olacaq” - AÇIQLAMA


“İllər əvvəl neftin qiyməti düşəndə, benzinin də ucuzlaşmasını tələb edənlərə İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri, o cümlədən SOCAR-ın prezidenti Rövnəq Abdullayev dəfələrlə bu cür izah veriblər. Onlar bildiriblər ki, Azərbaycanda yanacağın ucuzlaşmasının, “qara qızıl”ın qiymətinin qalxıb düşməsi ilə heç bir əlaqəsi yoxdur”.

Siam.az  xəbər verir ki, bu barədə konkret.az-a açıqlamasında tanınmış hüquqşünas Aslan İsmayılov fikir bildirib. O əlavə edib ki, yenə gecə vaxtı, gizli şəkildə benzinin qiymətini qaldırıblar: “Bu gün yenə hamısı bir ağızdan bahalaşmanın dünyada neft qiymətinin artması ilə izah edirlər. Sizin məntiqinizə “quzu kəsim”. Bu məntiqlə pandemiya bitəndə, benzinin qiyməti 2 manat olacaq”.
Tarix: 2-06-2021, 14:22
Xəbəri paylaş





Xəbər lenti