Yanacaq bahalaşmasının gerçək səbəbi – Rəsmi izah inandırıcı deyil


Yanacaq bahalaşmasının gerçək səbəbi –             Rəsmi izah inandırıcı deyil
Bunun ardınca növbəti qiymət artımı gözlənilir, hansı ki, vaxtilə müvəqqəti təxirə salınmışdı
 
Yanacağın bahalaşması əhali üçün ən ciddi qıcıqlandırıcı məqamlardan biridir. Kifayət qədər karbohidrogenlərimiz var, onları sənaye miqyasında dənizin dibindən belə, çıxarmağı öyrəndik, nəqliyyat və emal sistemi də çoxdan qurulub. Bəs hər il avtomobil yanacağı niyə getdikcə daha bahalı olur?
 
İyunun 2-dən etibarən Azərbaycana idxal olunan “Premium Aİ-95” və “Super Aİ-98” benzininin pərakəndə satış qiyməti yenidən bahalaşıb. SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İbrahim Əhmədov bahalaşmanı məhz idxalla əlaqələndirib.
 
Bu hadisələrin fonunda ölkəmizdə “Premium Aİ-95” benzininin pərakəndə satış qiymətinin litri 1,25 manatdan 1,4 manata yüksəldi (artım 12%). “Aİ-98”-in qiyməti isə 1,4 manatdan 1,55 manata (artım 10,7%) qaldırıldı. Bu benzinlərin idxalının 1 aprel 2014-cü ildən bəri edildiyi və qiymətlərin topdansatış tədarükçüsü tərəfindən təyin olunduğu bildirilir.
Natiq Cəfərli: “Dolların başqa bir valyuta ilə əvəzlənəcəyini düşünmürəm”
İqtisadçı ekspert Natiq Cəfərlinin AYNA-ya dediyinə görə, SOCAR-ın törəmə şirkətləri Azərbaycana yüksək oktanlı benzin tədarükçüləri kimi çıxış edir: “Daxili bazarda digər oyunçular olmadığı üçün qiymətləri onlar təyin edirlər. Bu baxımdan SOCAR daxili bazarda qiymətləri diktə edən, benzinin tədarükü üzrə bir inhisarçı olaraq qalır”.
 
“Bir müddət əvvəl ölkədə istehsal olunan yanacaq növləri də bahalaşdı. Dekabrın 4-dən 5-nə keçən gecə Tarif Şurası “Aİ-92” markalı benzinin və dizel yanacağının pərakəndə satış qiymətlərindəki artımla bağlı açıqlama yaymışdı. “Xalq markası” benzininin yeni qiyməti 1 manata, dizel yanacağı 80 qəpiyə qalxdı”, - deyə həmsöhbətimiz xatırladıb.
 
Cəfərli hesab edir ki, yerli yanacaq da daxil olmaqla avtomobil yanacağının bahalaşmasının iqtisadi cəhətdən əsaslandırılmış əsas səbəbi bu il SOCAR-a ayrılan büdcə subsidiyalarının əhəmiyyətli dərəcədə azalmasıdır: “ARDNŞ bu baxımdan təkcə dövlət xəzinəsinə vergi ödəyicilərindən biri deyil. Şirkət büdcədən böyük dotasiya şəklində maliyyə alır. Ancaq bu il büdcə ayırmalarının bu istiqaməti miqdarına görə “dumanlı” illərin göstəricilərindən fərqlənir”.
 
Analitiklərin fikrincə, hazırda idxal olunan benzinin bahalaşması Dövlət Neft Şirkətinin mal və xidmətlər çeşidlərinin ümumi bahalaşma tendensiyası daxilindədir. Axı, xatırlayırsınızsa, əvvəllər SOCAR təbii qaz tariflərinin artırılması üçün Tarif Şurasına müraciət etmişdi. Şura imtina etsə də, iqtisadçılar əmindir ki, bu məsələ bir müddətlik təxirə salınıb və mütləq yenidən ona qayıdılacaq.
nemət əliyev iqtisadçı
Vəziyyətin bütöv qiymətləndirilməsi zamanı bir sıra sahələrdə əhəmiyyətli bir qiymət artımı qeyd olunur. İqtisadçı ekspert Nemət Əliyev AYNA-ya deyib ki, yalnız bu ilin yanvar-aprel aylarında avtomobil yanacağının qiymətləri ümumilikdə 20% artıb: “Rəsmi məlumatlara əsasən apardığım hesablamalara görə, soyuq su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri 75%, hava yolu ilə sərnişin daşınması qiymətləri 31% artıb. Tütün və tütün məmulatları 10,4%, meyvələr 8,9%, süd və süd məhsulları, yumurta 6,9% bahalaşıb”.
 
Əliyev may ayında da qiymət artımının davam etdiyini söyləyib: “Bununla belə, əhalinin gəlirləri, əksinə azalır. Rəsmi olaraq, orta aylıq nominal əmək haqqı 4.2% azalıb. Maaşların azalmasını istehlakçı qiymətlərinin rəsmi 4% artması ilə müqayisə etsək, ölkədə yaşayış səviyyəsinin 8% aşağı düşdüyü qənaətinə gələ bilərik”.
 
Avtomobil yanacağının qiymət gerçəkliklərinə qayıdaraq, artan neft qiymətləri dünyada neft məhsullarının qiymət artım dinamikasına həqiqətən təkan verdi. Ancaq neft ölkəsi olmağımız dünya qiymət reallıqlarından müstəqil ola bilməyimizə də imkan verir. Və mütəxəssislərin sözlərinə görə, onillərdir ki, neft hasil edən və təmizləyən Azərbaycan yüksək keyfiyyətli neft məhsulları, o cümlədən benzin istehsal etmir.
Tarix: 4-06-2021, 22:14
Xəbəri paylaş





Xəbər lenti