İnflyasiya artımına ərzaq bahalaşması təsir edib - Mərkəzi Bank


İnflyasiya artımına ərzaq bahalaşması təsir edib - Mərkəzi Bank


2021-ci ildə 12 aylıq inflyasiya 12% və orta illik inflyasiya isə 6.7% təşkil edib.
Bu barədə Mərkəzi Bankın Maliyyə sabitliyi hesabatında bildirilib.
Rəsmi məlumata görə, ümumi inflyasiyanın artımına ərzaq məhsullarındakı qiymət artımı daha çox təsir edib.
Belə ki, ərzaq məhsulları üzrə 12 aylıq inflyasiya 15.8% olub. İnflyasiyanın digər komponentləri olan qeyri-ərzaq məhsulları və xidmətlər üzrə illik bahalaşma templəri müvafiq olaraq 7.7% və 10% təşkil edib. Ümumilikdə, inflyasiyaya dünya ərzaq qiymətlərinin bahalaşması, ticarət tərəfdaşı ölkələrdə inflyasiyanın artması və artan məcmu tələb təsir göstərib. Mərkəzi bank tərəfindən həyata keçirilən monetar siyasət inflyasiyanın hədəf diapozonuna qaytarılmasına yönəldilib.
Belə ki, Mərkəzi Bank tərəfindən ilin ikinci yarısından etibarən uçot dərəcəsi 3 dəfə ardıcıl yüksəldilərək 6.25%- dən 7.25%-ə (aşağı hədd 6%, yuxarı hədd 8.25%) qaldırılıb. Bundan əlavə, qiymətlərin yuxarı səviyyədə və qalıcı olmasının qarşısının alınması üçün 21 fevral 2022- ci il tarixində “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncam imzalanıb. İşgüzar aktivliyə və əhalinin sosial rifahına inflyasiyanın təsirlərini minimallaşdırmaq və inflyasiyanın mənfi təsirlərinin azaldılması istiqamətində müvafiq tədbirlər görülməsi məqsədilə Nazirlər Kabineti yanında işçi qrupu yaradılıb.
Tarix: 16-06-2022, 15:10
Xəbəri paylaş





Xəbər lenti