Azərbaycanda bahalaşacaq malların siyahısı: Yağ, spirtli içki, un məmulatları...


Azərbaycanda bahalaşacaq malların siyahısı: Yağ, spirtli içki, un məmulatları... 


Azərbaycanda şəkər tozunun topdansatış qiymətində artım qeydə alınıb. 
Paytaxt Bakıda şəkər tozunun 50 kiloqramlıq bir kisəsi 75 manata təklif olunur. İndiyədək həmin məhsul 67 manata satılırdı. Bölgələrdə isə 50 kiloqramlıq şəkər tozunun bir kisəsinin qiyməti 50-75 manat arasında dəyişir. 
Cebhe.info-ya açıqlmasında iqtisadçı Eyyub Kərimli bildirib ki, bir çox ərzaq məhsullarında bahalaşma gözlənilir: 

"Hesab edirəm ki, növbədə yağlar, bitki yağlarından hazırlanan mayonez bahalaşacaq. Həmçinin, Rusiyadan idxal olunan ərzaq məhsullarının da qiyməti qalxacaq. Xüsusilə, spirtli içkilər və tütün məmulatlarında da bahalaşma görəcəyik. Həmçinin, şəkər tozunun qiyməti qalxıbsa, şirniyyatların da qiyməti qalxacaq. Bundan əlavə, gözləniləndir ki, un məmulatlarının da qiyməti qalxsın". 
Tarix: 21-06-2022, 23:56
Xəbəri paylaş





Xəbər lenti