Azərbaycanı daha ciddi qıtlıq gözləyir


Azərbaycanı daha ciddi qıtlıq gözləyir


Bu gün əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin 27-si axşama doğru, 28-i gecə bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda bu barədə deyilir.
Düşən yağışın miqdarı Gədəbəydə 16.0 mm, Şəmkirdə 5.0 mm, Daşkəsəndə 2.0 mm olub.
İyunun 27-də Gədəbəy rayonuna saat 18:00 radələrində stansiyaya leysan yağışla birgə xırda dolu, Daşbulaq, Qaradağ kəndlərinə diametri 33-35 mm, Arıqdam kəndinə 35-37 mm, Söyüdlü kəndinə 26 mm, 18:40 radələrində rayonun Slavyanka və Maarif kəndlərinə 24-26 mm olan dolu düşüb.
İyunun 27-də yağan güclü leysan nəticəsində saat 18:00-19:00 radələrində Gədəbəy rayonunun aşağı hissəsindən və saat 17:10 radələrində Şin çaydan (Şəki) sel keçib.
Maraqlıdır, davam edən hava məhsuldarlığı azaldacaqmı?
İqtisadçı Akif Nəsirli Cebhe.info-ya açıqlamasında bildirib ki, dolu düşən ərazilərdə dərəcəsindən asılı olaraq, bitkilərin yerüstü hissəsini ya tamamilə, ya da qismən sıradan çıxarır:

“Bu da məhsuldarlığa təsir edən amillərdən biri kimi qiymətləndirilə bilər. Amma bu zərər dəyərləndirilməlidir. Bəzən dolu kiçik formada düşür və bitkiləri müəyyən dərəcədə zədələyir.
Elə dolu dərəcəsi də var ki, bitkinin yerüstü hissəsini tamamilə sıradan çıxara bilər. Deyək ki, kartofun yerüstü hissəsi tamamilə sıradan çıxsa, yenidən cücərə, pöhrələyə bilər. Hansısa bölgədə qarpız, yemiş, xiyar, pamidor əkilibsə və həmin əraziyə dolu düşübsə, tamamilə sıradan çıxara bilər.
Bu, yerində qiymətləndirilməli, dəyərləndirilməlidir. Ondan sonra məhsuldarlığa nə qədər təsir edəcəyini müəyyənləşdirmək mümkündür. İstənilən halda, dolu məhsuldarlığa təsir göstərəcək, məhsulu azaldacaq".
Tarix: 28-06-2022, 17:57
Xəbəri paylaş





Xəbər lenti