Soğan bahalaşdı - Alma qiymətinə alacaqsınız...


Son günlər bəzi kənd təsərrüfatı məhsullarının qiymətində bahalaşma nəzərə çarpır.
Sitat.info xəbər verir ki, soğanın kiloqramının topdan qiyməti 1 manat, pərakəndə satışı isə 1 manat 20 qəpik, ara marketlərdə və meyvə-tərəvəz mağazalrında isə satıcılar 1 manat 30 qəpiyə təklif edir. Bahalaşmanı alıcılar və satıcılar da təsdiqləyib. Səbəb kimi məhsulun azlığı göstərilir. Bu səbəbdən də soğanın son iki gündə topdansatışda 20 qəpik, pərakənda satışda isə 40 qəoik bahalaşdığını müşahidə edirik.
Kartofun qiymətində o qədər də bahalaşma müşahidə olunmur. Lakin yerli Cəlilabad kartofu Bakı bazarlarında 10 qəpik bahalaşıb. Bazarda kartofun qiyməti ölçüsünə gprə dəyişir. Pərakəndə satışda70-90 qəpik civarındadır. Satıcılar deyirlər ki, ötən illə müqayisədə kartof bu il bahadır.
Satıcılar deyirlər ki, bəzi satışda olan soğanlar hələ ki köhnə qiymətlə satılır. Növbəti partiyada qiymətlər dəyişəcək.
Tarix: 2-07-2022, 19:51
Xəbəri paylaş





Xəbər lenti