Benzinin bahalaşması ilə bağlı daha bir açıqlama: “Neftlə gələn pulu ölkədən benzinlə çıxarmaqdır...”


“Aİ-95 markalı benzinin bahalaşmasına haqq vermək üçün deməyə yaxşı əsas tapmışıq: İdxaldan asılıyıq və idxal olunan ölkələrdə "95" bahalaşdığı üçün bizdə də qiymətlər artır. Əslində cavab tapılmalı olduğumuz ən böyük sual budur: Niyə indiyə qədər ölkədə bir 95 istehsal edən normal zavod ərsəyə gətirə bilmədik? Ölkənin avtomobil parkını yeniləməyi hədəfləmək, amma ehtiyac olan benzinin – Aİ-95-in idxalına fokslanmaq ölkəyə neftlə gələn pulu ölkədən benzinlə  çıxarmaqdır”.
 
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Eldəniz Əmirov bildirib.

“Düzdür, son bir ildə “95”in yerli istehsalı üçün əməli işlər görülməyə başlamış, yaxın vaxtlarda istesala başlanılacaq,  amma daxili təlabatı ödəyə bilməyəcək. Nə edək, buna da şükür. Nədənsə başlamaq lazımdır. Amma bu sual hər zaman aktual olacaq: Kosmosa peyklər buraxdıq, ordumuzu moderinizasiya etdik, dənizlər ölkələr keçən “pipeline”lar çəkdik, intelektual idarəetmə sistemləri yaratdıq, ağıllı kənd yaratdıq, ən dərin qatlardan nanotexnalogiyaların tətbiqilə neft-qaz da çıxardıq, amma niyə bu illər ərzində “95” istehsal edən zavod yarada bilmədik? Niyə? Bunu bacarmadıq, ya ehtiyac duymadıq, yoxsa sadəcə nəyəsə görə bunu istəmədik?” – E.Əmirov qeyd edib.
Tarix: 11-07-2022, 22:28
Xəbəri paylaş





Xəbər lenti